"Putin gizlincə məni həddən artıq çox istəyir..."


 "Təsəvvür edin, nüvə müharibəsi başlayıb, sizin betonunuz əriyərsə belə, mən öz təhlükəsiz bunkerimdən sizin gözəl qürubunuzu seyr edirəm..." 
 

Rusiyalı müxalif siyasətçi, "dələduzluq" və "məhkəməyə hörmətsizlik" maddələrilə 9 il azadlıqlan məhrum edilən Aleksey Navalnı məlumat verib ki, barəsində yeni cinayət işi açılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.
 
Navalnı dəqiqləşdirib ki, o, ekstermist qruplaşma yaratmaqda, məmurlara nifrət hissini qızışdırmaqda, həmçinin razılaşdırılmamış mitinqlərə çağırış etməkdə ittiham edilib. Bu, artıq müəyyən edilən əvcəlki hökmə daha 15 il azadlıqdan məhrumetmə cəsazının əlavə edilməsi deməkdir.
 
"Görürsünüz, daha 15 il mən etibarlı və sabit bunkerdə gözlənilməzliklərdən və sizin "azadlığ"ınızın təlatümlərindən qorunacağam. Harada küçələrdə hətta Federal Mühafizə Xidməti və Qanunların İcrası üzrə Federal Xidmət əməkdaşlarının deyil, adi adamların gəzdiyi yiyəsizlik hökm sürür? Sağ olsun Putun", - siyasətçi deyib.
 
"Heç demə, mən ekstremist qrup yaradaraq, məmur və oliqarxlara nifrət oyatmışam. Məni həbs edəndə isə bununla razılaşmamaq cəsarətində olmuşam və mitinqlərə çağırış etmişəm", - siyasətçi belə yazıb.
 
Qeyd edək ki, Navalnı Rusiya hakimiyyətinin bu cür hərəkətlərini yumorla qarşılayır, hesab edir ki, bununla Putin ona öz sevgisini ifadə edir.
 
"Bilmirəm, ola bilsin ki, Putin mənə heç nifrət də etmir, əksinə, gizlicə məni çox istəyir? Ona görə də istəyir ki, özü kimi mən də yeraltı bunkerdə, etibarlı adamların mühafizəsi atında olum", - o, belə yazıb.
 
Müxalifətçi zarafatından da qalmayıb, deyib ki, əgər Putin nüvə müharibəsini törədərsə və Rusiyaya cavab zərbələri endirilərsə, o, özünü təhlükəsiz hiss edəcək, "kimdir bataqlıq zonasını bombalayan"?
 
"Ona görə də orada sizin betonunuz belə əriyərsə,  mən öz yerimdən gözəl qürubu seyr edəcəyəm. Sağ olsun Putini", - Navalnı sözlərinə yekun vurub.
 
Xatırladaq ki, Navalnı ötən ilin yanvar ayından həbsdədir. O, "Noviçok"- dan zəhərlənməsi ilə əlaqədar müalicə aldığı Almaniyadan vətənə dönəndə hava limanında saxlanılıb.
 
Ona edilən sui- qəsddə siyasətçi Rusiya prezidenti Putini ittiham edib.
Tarix: 2-06-2022, 10:19
Xəbəri paylaş





Xəbər lenti