İrəvanda müxalifət hökumət binasını BLOKADAYA ALDI


Ermənistan müxalifəti İrəvandakı Fransa meydanında keçirilən mitinqdən sonra hökumət binasına doğru yürüş edib.
 
Müxalifət liderləri tərəfdarlarına müraciət edərək binanın bütün girişlərini bağlamağa çağırıb.
 
Aksiyaçılar “Nikolasız Ermənistan” şüarları səsləndirirlər.
 
Qeyd edək ki, ötən aydan başlayaraq müxalifət qüvvələri Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyalar keçirilir.
Tarix: 3-06-2022, 21:51
Xəbəri paylaş





Xəbər lenti