Türkiyə iqtisadiyyatı defolta doğru gedir? – AÇIQLAMA


Türkiyə iqtisadiyyatı defolta doğru gedir? – AÇIQLAMA


Türkiyə Mərkəzi Bankı 2022-ci ilin yanvar-may ayları üzrə ölkə üzrə inflyasiya səviyyəsini açıqlayıb.
TMB-nin açıqlamasına əsasən, Türkiyədə istehlak qiymətləri indeksi 73,5% artıb. Aylıq nisbətdə isə inflyasiya 2,98% artıb.
Qeyd edək ki, son dövrlər bir çox ölkələrdə inflyasiyanın daha da artması müşahidə edilir ki, həmin ölkələrdən biri də Türkiyədir.
Cari ilin ilk 5 ayında inflyasiya ilə bağlı göstəricilər ölkə iqtisadiyyatı üçün təhlükə yaradırmı və Türkiyənin defolt ola biləcəyi gözlənilir?  
İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info xəbər verir ki, hazırda Türkiyədə illik inflyasiyanın 73 faizə çatması ümumilikdə inflyasiya rəqəmləri arasında yüksək rəqəmdir:
“Qardaş Türkiyə üçün bu çox yüksəkdir. Yüksək inflyasiya daha çox sosial narazılıqları gətirər. Ancaq texniki defoltun olması şübhə altındadır. Türkiyə iqtisadiyyatının kifayət qədər gücü var. Hesab edirəm ki, lazım olan təqdirdə, fors-major halının son nöqtəsinin qarşısını almaq üçün alətlər mövcuddur. Belə bir təhlükə yaranarsa istər-istəməz hökumət bundan istifadə edəcək. Ancaq hazırkı göstərici ilə bağlı defolta getməsə də, bu göstərici böyük sosial narazılığa gətirib çıxara bilər. İqtisadi nəzəriyyə və digər göstəricilərlə də Türkiyə inflyasiya həddinin çox yüksək olması ilə defolta getməz”. 
Ekspert deyir ki, burada səbəb kimi hamısı bir-biri ilə zəncirvari bağlı makroiqtisadi göstəricidir:
“Bu gün lirənin ucuzlaşmasına əsas səbəblərdən biri bank siyasətində olan uçot dərəcələrinin aşağı salınması ilə bağlı idi. Əslində belə olduğu halda qətiyyətlə ucuzladırmaq olmaz. Ancaq hökumətin siyasəti budur ki, ümumiyyətlə, uçot dərəcələrinin sıfırlanması istiqamətində siyasət irəli sürülüb. Bu da öz növbəsində fəsadlar yarada bilir.
Pandemiyadan sonra dünya iqtisadiyyatı, o cümlədən Türkiyənin iqtisadiyyatında bu öz mənfi təsirlərini göstərməkdədir. Uçot dərəcələrinin aşağı salınması siyasəti belə bir problemi daha da qaynaqlandırdı. Nəzərə almaq lazımdır dünyadakı bahalaşmanı da ölkə idxal edir və lirənin ucuzlaşması kimi reallıqlar əlaqəli şəkildə problemlər yaradır. Bununla bağlı alətlər var, hökumət yəqin ki, bundan istifadə edəcək”.
Tarix: 3-06-2022, 23:04
Xəbəri paylaş





Xəbər lenti