"Rusiya əyri güzgülər krallığıdır, Putinsə çox zəif, küt və tənbəldir..."



"Siyasətçi kimi Putin çoxdan ölüb və onun başlıca məqsədi sağ qalmasıdır..."
 
"Qərb Putini dartıb Haaqaya aparan deyil, bu, yalnız Rusiyadan gəlməlidir...Baxın, Lenin, Stalin, Beriya..."
 
"Putinin ətrafında obyektiv olaraq deyil, media məkanında ən parlağı Patruşevdir və o, hakimiyyətə ən iddialısıdır..."
 
"Medvedev tamamilə boz və ideyasız adamdır və korrupsiya əməllərində çox fəaldir..."
 
"Bu müharibə yalnız Ukraynanın qələbəsi ilə sona yetə bilər, başqa variant ola bilməz..."
 
Sankt-Peterburqun sabiq meri Anatoliy Sobçak Vladimir Putini özünə müstəqil şəkildə köməkçi seçib ki, xüsusi xidmət orqanları ona daha güclü əməkdaşı sırımasın.
 
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı biznesmen, Rusiya Federasiyasının sabiq üzvü Sergey Puqaçov danışıb.
 
Onun sözlərinə görə, 1999-cu ildə heç kim Putini DTK əməkdaşı və ya sabiq DTK-çı kimi qəbul etməyib.
 
"Mən onunla sıx təmasda olmuşam, onun DTK-da xidmət etməsindən xəbərim olmayıb. Yalnız onu bilirdim ki, o, Sobçakın yaxın dostudur. Amma sonradan Sobçak da deyib ki, heç də dostu olmayıb, sadəcə, özünün seçdiyi xüsusi xidmət orqanlarının əməkdaşı olub. Çünki bilirdi ki, Putin çox zəif, küt və tənbəldir. Sobçak deyib ki, yaxşısı budur özümə beləsini seçim, yoxsa mənə ağıllı və işlək birisini verəcəklər", - o, belə deyib.
 
Puqaçov deyib ki, Rusiya prezidentinin başlıca məqsədi sağ qalmaqdır.
 
 "Siyasətçi kimi Putin çoxdan ölüb, yəni o, yoxdur. Mühüm olan odur ki, Putinin məqsədi sağ qalmaqdır. Yəni Rusiyanın kralı və ya çarı kimi qalmaq yox, sadəcə, sağ qalmaq. Bax burada onun imkanı var ki, öz ölümü ilə ölə bilsin.
 
Putinin sabiq dostu istisna etmir ki, Kreml rəhbərini hakimiyyət daxilində olan opponentləri "təhvil verə" və ya "sata bilər". Onun sözlərinə görə, opponentlər "hiss etsələr ki, onu hansısa Dövlət Şurasının sədri kimi saxlamaqdasa, aradan götürülməsi daha çox dividendlər gətirəcək", o zaman bu, baş verə bilər.
 
"Bu, yeganə variantdir, inanın mənə, Qərb onu tutub Haaqaya aparan  deyil, bu, yalnız Rusiyadan gəlməlidir. Elə Sovet İttifaqının təcrübəsi də bunu göstərir. Baxın: Stalin, Beriya, Lenin", -Puqaçov deyib.
 
O, vurğulayıb ki, Putinin əhatəsində hakimiyyətin dəyişməsi üçün alışıb yanan adamlar var.
Onlardan ən parlağı, - obyektiv olaraq deyil, media məkanında olan, - Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevdir. O, bu gün mətbuatda çox fəaldır. Bu  nədən asılıdır?
Əgər əvvəllər Putinin iradəsindən asılı olubsa, Medvedev peyda olub, bu gün iddiaçının iradəsindən asılıdır. Və ən ciddi adam, güc blokuna nəzarət edən məhz Patruşevdir", - Puqaçov deyib.
 
Onun sözlərinə görə, Partuşev DİN və istənilən güc strukturuna nəzarət edir və hal-hazırda "bütün problemlərə malik liderdir".
 
"Çox güman ki, Rusiyada gerçək siyasətin olmadığına görə belədir. Bu ölkə əyri güzgülər krallığıdır. Aydındır ki, Navalnı gözəldir, amma onu bir-iki adam, öz silahdaşları tanıyır, onlar da YouTube-da yayımlanır", -biznesmen əlavə edib.
 
Daha sonra Puqaçov Medvedevdən danışıb, deyib ki, Dmitri Medvedev "həmişə yaramaz olub, hansısa selluloza-kağız kombinatında" hüquq məsləhətçisi işləyib.
 
"O, tamamilə boz insandır, heç bir ideyası olmayan adamdır, böyük məmnuniyyətlə korrupsiya, talançılıq əməllərində iştirak edir. 2008-ci ildə prezident olanda ilk olaraq komandasını toplayaraq deyib: "Baxın, imzalamaq üçün nə varsa, gətirin, işləməyə başlayırıq", - Puqaçov deyib.
 
O, qeyd edib ki, Yeltsindən fərqli olaraq, onun heç vaxt "ölkə, millət, dünya üçün taleyüklü olan bircə ideyası belə olmayıb".
 
Son olaraq Puqaçov Ukraynadakı müharibə haqqında öz proqnozunu verib.
 
"Mənim fikrimcə, bu müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çata bilər. Başqa cür bu müharibə bitə bilməz. Döyüş texnikası, təlim keçmiş sistemli ordunu nəzərə alaraq, mən buna inanıram".
 
Onun fikrinə görə, Ukrayna öz ərazi bütövlüyünü bərpa edə, 2014-cü ildə işğal edilən Krımı və digər işğal edilən ərazilərini geri qaytara bilər.
 
"Əsas ümidlərim Ukrayna ordusunun ən azı Rusiya sərhədlərinədək gedib çıxmasıdır. Bu, mütləq gerçəklikdir".
 
Puqaçov hesab edir ki, Ukrayna ordusu Rusiyanın ərazisinə daxil olmayacaq, çünki Rusiyanın nüvə silahı var, "kollektiv Qərb" Ukrayna hamikiyyətindən bunu etməməyi xahiş edəcək,  heç Zelenski də Qırmızı Meydanda parad arzulamır".
 
Müharibənin nə zaman bitəcəyi barədə suala cavabında biznesmen deyib:
 
"Mən düşünmürəm ki, bu, tez baş verəcək, amma gec də olmayacaq. Bu, ikinci dünya savaşı deyil. Döyüş əməliyyatları tamam başqa metodlarla aparılır, başqa texnikadır", - o, belə deyib.
 
O, hesab edir ki, Rusiya ordusu artıq "əldən düşüb,  yorulub". Baxmayaraq ki, Qərb Rusiyadan enerjidaşıyıcılarını almaqda davam edir, Rusiyanın silahlar almağa pulu yoxdur.
 
"Mən Sizə deyim obyektiv olaraq bunu necə təsəvvür edirəm  Ukrayna ordusunun mütləq üstünlüyü var. Bu, aydındır. Bu üstünlük artacaq. Rusiya ordusunun döyüş qabiliyyəti isə gözlərimiz önündə əriməkdədir", - Puqaçov sözlərinə yekun vurub.

Tarix: 4-06-2022, 07:35
Xəbəri paylaş





Xəbər lenti