Rusiyanın dəqiq idarə olunan raketləri tükənir - Britaniya kəşfiyyatı yeni hesabatını açıqladı


Böyük Britaniyanın Müdafiə Nazirliyi münaqişə zamanı Rusiya təyyarələrinin istifadəsi ilə bağlı yeni kəşfiyyat hesabatını dərc edib. Hesabtda döyüşlərin getdiyi Donbass ərazisində Rusiya aviasiyasının fəallığının yüksək olaraq qaldığı bildirilir.
Qeyd olunur ki, Rusiyanın işğaldan sonrakı ilk günlərdə Ukraynanın hava hücumundan müdafiə sistemlərini zəiflədə və ya sıradan çıxara bilməməsi səbəbindən aviasiyanın quru bölmələrini dəstəkləmək imkanlarını məhdudlaşdırıb.

Bu da nəticədə Kiyev istiqamətində irəliləyişin qarşısını alıb. Beləki, Rusiya təyyarələrinin fəaliyyəti Ukrayna qoşunlarının möhkəmlənməsi və irəliləməsinin qarşısını almaq üçün hava və yerüstü raketlərdən zərbələr endirməklə məhdudlaşıb. Bundan başqa bu zərbələr münaqişəyə ciddi təsir göstərməyib və nəticədə Rusiyanın dəqiq idarə olunan raket ehtiyatı əhəmiyyətli dərəcədə tükənib.

Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatında Rusiyanın uğursuzluqları ilə yanaşı vurğulanır ki, diqqətini Donbasa yönəltməklə, hava hücumlarını və ağır artilleriya atışlarını birləşdirməklə, hücumunu dəstəkləmək üçün hava gücündən istifadəni artıra bilib.
Hesabatda qeyd olunur ki, bu son addım Rusiyanın Donbass regionunda son taktiki uğurunda əsas amil olub. Sənəddə o da vurğulanır ki, idarə olunmayan mərmilərdən istifadənin artması Donbassın yaşayış məntəqələrinin kütləvi şəkildə məhv edilməsi və mülki əhali itkisinə səbəb olub.

"AzPolitika.info"




Tarix: 4-06-2022, 22:12
Xəbəri paylaş





Xəbər lenti