"Putini bütün pul mənbələrindən, manevr etmək qabiliyyətindən məhrum etməliyik..."


"Musiqi fasiləsi olmayacaq..."
Avropa İttifaqı Rusiyaya qarşı 7-ci sanksiyalar paketi üzərində işə başlayıb
 
Avropa İttifaqı Rusiyaya qarşı yeni, artıq 7-ci sanksiyalar paketi üzərində işə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Polşanın mətbuat agentliyinə müsahibəsində Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski məlumat verib.
 
Onun sözlərinə görə, qüvvədə olan tədbirlər Rusiya prezidenti Vladimir Putinin "manevr qabiliyyətini itirməsi" üçün kifayət deyil.
 
"Sanksiyalar daha da sərtləşdirilməlidir- Rusiyanın hələ də sata bildiyi qazın, bütün Rusiya banklarının SWIFT sistemindən ayrılması kontekstindən çıxış edərək.
 
Mən, əsasən, Rusiyanın öz sənayesində istifadə etdiyi Qazprombankdan danışıram", - Yablonski bəyan edib.
 
Onun fikrinə görə, həmçinin Rusiyanın öz hərb maşınında istifadə edə biləcəyi texnologiyalara da embarqo qoymaq lazımdır.
 
Məhdudlaşdırıcı tədbirlərin səmərəliliyindən danışarkən, polşalı məmur qeyd edib ki, Putinin müharibəyə sərf etməyə hələ də resursları var, ona görə də onu bütün pul mənbələrindən ayırmaq lazımdır.
 
Bu zaman Yablonski etiraf edib ki, Avropa üçün sanksiyalardan yan keçmək böyük məsələ olaraq qalır: subyektlərin böyük hissəsi məhdudiyyətlərdən yan keçmək məqsədilə kreativ üsullar tapmaq üçün çox şeylər edir.
 
Bu, çağırışdır, bu, birliyimizin öhdəsindən hələ bilməli olan nəsnədir, bunu Avropa İttifaqının yaxın zamanda keçiriəcək sammitində müzakirə edəcəyik, polşalı diplomat deyib.
 
Xatırladaq ki, Avropanın 6-cı sanksiyalar paketi dünən, iyunun 3-də qüvvəyə minib.
Bunadək uzun müddət müzakirələr aparılıb. Macarıstan Rusiya neftindən güclü asılılığı səbəbindən ona qoyulan embarqoya qarşı çıxıb. 
 
Budapeşt həmçinin sanksiyalar siyahısından Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin çıxarılmasını tələb edib. 
 
Avropa Parlanetində Macarıstanı Avropa İttifaqında səs hüququndan məhrum etməyə çağırış edilib.
Tarix: 4-06-2022, 22:40
Xəbəri paylaş





Xəbər lenti