Ukraynanın Zaporojye əyalətinin 60 faizi ələ keçirildi - RƏSMİ AÇIQLAMA


2022-ci ilin iyun ayına olan məlumata görə, Ukraynanın Zaporojye əyalətinin demək olar, 60 %-i Rusiya qoşunları tərəfindən ələ keçirilib.
Bu barədə Ukrayna Prezidentinin saytı xəbər verir.
Bildirilir ki, yerli vilayət administrasiyasının rəhbəri Aleksandr Starux Prezident Volodimir Zelenskiyə region ərazisinin demək olar ki, 60 %-nin müvəqqəti olaraq Rusiya qoşunları tərəfindən işğal edildiyini və yerlərdə döyüşlərin davam etdiyini bildirib.
Onun sözlərinə görə, düşmən 2 701 infrastruktur obyektini dağıdıb, onlardan bu günə qədər 700-ə yaxını bərpa edilib.
"Son 15 gündə ən çox insan Xerson vilayətindən gəlib. Həmçinin Mariupoldan da gəliblər", - Starux əlavə edib.//Report” 
Tarix: 6-06-2022, 09:14
Xəbəri paylaş





Xəbər lenti