Boris Consona etimadsızlıq səsverməsi ilə bağlı keçirilmiş gizli səsvermənin nəticəsi açıqlanıb



Britaniya hökumətinin başçısı bir il müddətinə toxunulmazlıq alıb
Britaniyanın Baş naziri Boris Conson partiya lideri və krallığın hökumət başçısı vəzifələrini qoruyub saxlayıb. Bu barədə AYNA  xarici mətbuata istinadən xəbər verir. Britaniya parlamentinin İcmalar Palatası Baş nazir Boris Consona etimadsızlıq səsverməsi ilə bağlı keçirilən gizli səsvermənin nəticələrini açıqlayıb.
Britaniyanın “The Guardian” nəşrinin xəbərinə görə, mühafizəkarlar Consona etimadsızlıq elan etmək üçün kifayət qədər səs toplaya bilməyiblər. Beləliklə, Britaniya hökumətinin başçısı bir il müddətinə toxunulmazlıq alıb.
Səsvermədə ümumilikdə 359 deputat səs verib. Deputatlardan 211-i Consonu dəstəkləyib, 148 nəfər etimadsızlıq göstərib.
Tarix: 7-06-2022, 08:36
Xəbəri paylaş





Xəbər lenti