"Biz Putinə inana bilmərik, onun sözlərinin heç bir mənası yoxdur..."


"Ərzaq böhranı yalnız Rusiya tərəfindən süni surətdə yaradılıb..."
Rusiya ilə Türkiyə "taxıl dəhlizini" razılaşdırıb, amma Ukrayna Rusiyanın vədlərinə inanmır...
 
Rusiya ilə Türkiyə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixrac edilməsini blokadadan çıxarmaq üzrə ilkin razılaşma əldə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə anonim mənbələrə istinadən "Bloomberg" nəşri məlumat yayıb.
 
Lakin Ukrayna bu danışıqlarda iştirak etməyib və təklif edilən şərtlərlə razı deyil, çünki Rusiyanın vədlərinə inamır.
 
Nəşrin məlumatına görə, Rusiya ilə Türkiyənin razılaşdırdığı plan Odessa yaxınlığında dənizin minalardan təmizlənməsini və BMT-nin himayəsi altında gəmilərin keçidi üçün təhlükəsiz zəmanətlərinin verilməsini nəzərdə tutur.
 
Türkiyə prezidenti Ərdoğan sahilboyunun minalardan təmizlənməsində və Ukraynanın taxılla yüklənən gəmilərinin müşayiət edilməsində öz yardımını təklif edib. 
 
Ukrayna tərəfi ehtiyat edir ki, Odessanın Rusiyanın dəniz hücumundan müdafiəsi məsələsi açıq qalacaq.
 
Rusiya ticarət gəmilərini yalnız ona silahların olub-olmamasını yoxlamağa imkan verildikdən sonra buraxmağa hazırdır. Ukrayna bu şərtlə razılaşmır.
 
Bundan öncə Putin bəyan edib ki, Ukraynanın taxılla yüklənən gəmilərini Qara dənizdən buraxmaq üçün dəniz yolları minadan təmizlənməlidir.
O, vəd edib ki, Moskva bu vəziyyətdən hərbi məqsədlər üçün istifadə etməyəcək. Kiyevdə buna inanmırlar.
 
Ukrayna XİN rəhbəri Kuleba Putinin təkliflərini şərh edib.
 
"Putin deyir ki, ticarət yolarından Odessaya hücum etmək üçün istifadə etməyəcək. Elə həmin Putin Makrona və Şoltsa da ölkəmizə genişmiqyaslı hərbi müdaxilədən bir neçə gün öncə deyib ki, Ukraynaya hücum etməyəcək. Biz Putinə inana bilmərik, onun sözlərinin heç bir mənası yoxdur".
 
Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka məlumat verib:
 
"Əvvəlcədən razılıq əldə edilməsindən danışarkən Rusiya məsuliyyəti Ukraynanın üzərinə qoymaq istəyir. Amma həqiqət ondan ibarətdir ki, ərzaq böhranı Rusiya tərəfindən, yalnız Rusiya tərəfindən süni surətdə yaradılıb".
 
İyunun 6-da axşam jurnalistlərlə görüşündə Zelenski deyib ki, Türkiyə həqiqətən blokadanın aradan götürülməsində vasitəçi ola bilər. Lakin Ukraynaya limanlarının minalardan təmizlənməsi üçün "uyğun zəmanətlər" lazımdır. Bu, gəmiəleyhinə silahdır, onu regionda yerləşdirə bilər.
 
"Biz taxılın çıxarılmasına hazırıq və Rusitanın belə ritorikasını dağıdırıq ki, guya biz çıxarmaq istəmirik və ərzaq böhranına sövq edirik", - Zelenski belə deyib.
Tarix: 7-06-2022, 08:36
Xəbəri paylaş





Xəbər lenti