Almaniyada nasizm real təhlükəyə çevrilir - sağçılar radikallaşır


Siyasi ekstremizm Almaniya üçün artan təhlükəyə çevrilməkdə davam edir. Ekspertlər ölkədə 20-ci illərin əvvəllərində olduğu kimi nasizm tərəfdarlarının zorakı metodlara əl atmağa başladığını qeyd edirlər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Konstitusiyanın Mühafizəsi üzrə Federal Agentlik 2021-ci ildə 33,476 siyasi motivli cinayəti qeydə alıb. Bu da ötən ilki statistika ilə müqayisədə 10% çoxdur.
“İfrat sağ demokratiyamız üçün ən böyük təhdid olaraq qalır. Artıq zorakılıq halları nəzərə çarpacaq dərəcədə artıb”, - deyə federal daxili işlər naziri Nensi Fayzer etiraf edib.
Almaniyanın Daxili kəşfiyyat xidmətinin direktoru Tomas Haldenvanq sosial şəbəkələr vasitəsilə yayılan dezinformasiyaların hər cür ekstremist fəaliyyətin alovlanmasında əsas rol oynadığını deyib.
Son məlumatlara əsasən, ifrat sağçı fəalların sayı 33.900-ə yüksəib. Almaniyanın imperialist və qeyri-demokratik dəyərlərinə bağlı olduğunu iddia edən revanşist “Reichsburger” qrupunun üzvlərinin sayı isə artıq 21.000-ə çatıb.
Bundan başqa, sol radikal qanadın da gücləndiyi görünməkdərir. Federal kəşfiyyatın təsbitlərinə görə, hazırda 34700-dən çox gənc sol ekstremistlərə qoşulub.
Almaniyanın hüquq-mühafizə orqanları dini zəmində radikal qrupların aktivliyinin zəiflədiyinə diqqət çəkiblər.
Tarix: 8-06-2022, 14:46
Xəbəri paylaş





Xəbər lenti