Moskvadan qəzəbli bəyanat: Ukrayna Rusiyanı NATO artilleriyası ilə atəşə tutur...


Ukrayna qoşunları Rusiya ərazisini "NATO-nun haubitsaları"ndan atəşə tutur.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası müdafiə idarəsi Milli mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev bəyan edib, "RİA Novosti" dövlət informasiya agentliyi onun sözlərindən iqtibas gətirib.
 
Axşam brifinqində çıxış edən Mizintsev elan edib ki, "Xarkov vilayətində Zoloçevsk elevatorunun ərazisində Ukrayna Silahlı Qüvvələrinin bölmələri Qərb istehsalı olan artilleriya silahını, güman ki, M777 haubitsalarını yerləşdirib, Rusiya Federasiyasının sərhəd rayonlarını onlardan atəşə tutur".
 
"RİA Novosti" agentliyi jurnalistlərinin məhz "NATO haubitsaları" barədə məlumatı haradan götürdüyü məlum deyil, çünki Amerika silahı avtomatik olaraq NATO silahı demək deyil. 
 
Generaldan gətirilən iqtibasda da NATO barəsində deyilmir.
 
Ona görə də NATO barədə fikrin jurnalistlərin uydurması, yoxsa generalın çıxışının iqtibasa düşmədiyi hissəsinin olduğu aydın deyil.
 
Buna rəğmən, Kreml KİV-lərinin çatdırmaq istədiyi fikir aydındır-Qərbin Ukraynaya verdiyi silahlarla Rusiya ərazisinə zərbələr vurulur.
 
Yəni dünyanın Rusiya mənzərəsinə görə, bunlar "kollektiv Qərblə" qarşıdurmada birbaşa "сasus belli" ("müharibə halı", "hərbi insident"-red.) yaradır.
 
Bu məlumatda daha bir eyham gizlənib, bu da Ukrayna taxılının taleyi ilə bağlıdır, yəni Rusiyanın Qara dənizi bağladığına görə bu taxıl ixrac edilə bilmir.
 
Rusiyalı hərbçilərinin versiyasına görə, Ukrayna batareyaları, "taxıl qıtlığı və ərzaq böhranı təhlükəsinə rəğmən", elevatorlarda və kartof saxlanılan ambarlarda yerləşdirilir.
 
Görünür, Rusiya təbliğatının konsepsiyasına görə, bu tezis milyonlarla Ukrayna taxılını ehtiyacı olan müxtəlif ölkələrə daşınmasına imkan verməyən Rusiyaya qarşı iddiaları aradan qaldırmaq üçündür.
Tarix: 8-06-2022, 22:15
Xəbəri paylaş





Xəbər lenti