"Minsk razılaşmaları Ukraynaya zamanı udmağa və bugünkü hala gəlməyə imkan verib..."


"Mən cənab Putinin müharibəsini pisləyirəm, lakin biz bu müharibənin qarşısını almaq üçün təhlükəsizlik arxitekturasını yarada bilməmişik"
"Ukraynanın NATO-ya 2008-ci ildə daxil olmasını Putin "müharibənin elan edilməsi" kimi qəbul edərdi, onu təxribata çəkmək olmazdı"
 
"Sovet İttifaqı dağıldıqdan sonra "soyuq müharibəni başa çatdıra bilmədik, Rusiya məsələsi hər zaman gündəlikdə olub"
 
Almaniyanın sabiq kansleri Angela Merkel bəyan edib ki, hakimiyyətdə olduğu zaman Rusiya prezidenti ilə necə davranmağından təəssüf hissi keçirmir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Almaniyanın "Der Spiegel" nəşrinin jurnalistinə verdiyi müsahibəsində bəyan edib.
 
Onun sözlərinə görə, Ukraynanın 2008-ci ildə onun hökumətinin blok etdiyi NATO- ya daxil olması planını Putin "müharibənin elan edilməsi" kimi qəbul edəcəkdi, oliqarxlar tərəfindən idarə edilən demokratik cəhətdən inkişaf etməyən Ukrayna isə bugünkü kimi hərbi müdaxiləyə hazır olmayacaqdı.
 
"Mən "Bu insanla (Putinlə) danışmağın mənası yoxdur" desəydim, özümü çox pis hiss edərdim", - Merkel deyib.
Bu, onun öz postundan getdikdən sonra ilk müsahibəsidir.
 
"Bu, böyük faciədir ki, heç nə alınmayıb, lakin mən cəhdimə görə özümü günahkar hesab etmirəm", - o, əlavə edib.
 
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Almaniyanın, o cümlədən 16 il ərzində kansler vəzifəsində olan Angela Merkel Putinə qarşı "dostcasına" münasibətə görə tez-tez tənqidlərə məruz qalır.
Məsələn, iki ölkə arasında ticarət münasibətlərini və "Şimal axını-2" boru kəmərini xatırladırlar, nəticədə Rusiya Avropa siyasətinə daha çox təsir imkanları əldə edib. Bu layihə hərbi müdaxilədən sonra dondurulub.
 
2008-ci ildə Ukraynanın və Gürcüstanın NATO-ya üzvlük planlarına qarşı çıxdığından təəssüf hissi keçirib-keçirməməyi ilə bağlı suala Merkel belə cavab verib: "Ukrayna bu gün tanıdığımız ölkə olmayıb. O Ukrayna parçalanmış vəziyyətdə olub...hətta Yuliya Timoşenko və Viktor Yuşşenkonun islahatçı qüvvələri bir-biri ilə düşmənçilik edib".
 
Rusiya prezidentinin nöqteyi-nəzərincə, bu, "müharibənin elan edilməsi" ola bilərdi. Merkel deyib ki, Putinin mövqeyini bölüşməyib, amma "onun nə düşündüyünü bilib" və "onu daha da təxribata çəkmək istəməyib". O, bəyan edib ki, ölkəsinin maraqlarını rəhbər tutaraq, Ukraynanın NATO-ya daxil olmasına əngəl törədib.
 
"Bir günə NATO-nun üzvü olmaq mümkün deyil, - Merkel deyib. - Bu, bir prosesdir və mən bu proses zamanı bilirdim ki, Putin Ukrayna ilə nəsə edə bilərdi və bu, onun xeyrinə olmazdı".
 
2014 və 2015-ci ilin Minsk razılaşmaları Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən Ukraynanın şərqində suyasi nizamlanmaya nail olmaq üçün imzalanıb, lakin o zamandan Kiyevin güzəştə getdiyinə görə tənqidə məruz qalıb, halbuki ölkədə hərbi vəziyyət hökm sürüb.
 
Merkel o razılaşmaları müdafiə edib, bəyan edib ki, onlar Ukraynaya zamanı udmağa imkan verib. "Bu, vəziyyəti sakitləşdirməyə və Ukraynaya ölkəni inkişaf etdirməyə və bu günkü hala gəlməyə imkan verib".
 
Merkel Zelenskini hərbi dövrdə ölkəyə rəhbərlik etməsini tərifləyib və qeyd edib ki, o, yeni Ukraynanı təmsil edir.
 
Merkelin fikrinə görə, Sovet İttifaqının dağılmasından sonra meydana çıxan geosiyasi problemlər onun 16 illik hakimiyyəti illərində mövcud olub: "Soyuq müharibəni əməlli-başlı başa çatdırmaq mümkün olmayıb...Rusiya məsələsi hər zaman gündəlikdə olub".
 
Merkel deyib ki, hakimiyyətinin son həftələrində Romada "Böyük iyirmilik" ölkələrinin sammitində mümkün hərbi müdaxiləyə ciddi yanaşmağa başlayıb.
 
"Eyhamlar vurulub, biz bu barədə çox danışmışıq. Mən anladım ki, Putin üçün Minsk prosesi bitib".
 
Merkel Rusiyanın təcavüzkar müharibəsini pisləyib, lakin günahın bir hissəsinin Qərbin üzərinə düşməsinə eyham vurub.
 
"Baş verənlər Rusiya tərəfindən böyük yanlışlıqdır...beynəlxalq hüququn bütün normalarının obyektiv olaraq pozulmasıdır, bu hüquq bizə Avropada dinc yaşamağa imkan verir. Əgər biz hər yüzillikdə hansı ərazinin kimə məxsus olması barədə mübahisələr etsək, o zaman dayanmadan bir-birimizlə döyüşməli olardıq".
 
"Mən cənab Putinin fikirlərini bölüşmürəm, bunu aydın şəkildə deyirəm. Lakin bu müharibənin qarşısını almaq üçün biz təhlükəsizlik arxitekturasını yarada bilməmişik. Və biz bu barədə düşünməliyik", - Merkel belə deyib.
Tarix: 9-06-2022, 11:03
Xəbəri paylaş





Xəbər lenti