"Qərbə nifrət edirəm, onlar yaramaz və rəzildir, onlar Rusiyanın ölümünü istəyir..."


"Neçə ki, sağam, onların yox olması üçün əlimdən gələni edəcəyəm..."
 
"Rusiyanın xarici siyasəti ölkə prezidenti tərəfindən formalaşır, amma Medvedevin emosional və kəskin reaksiyası tamamilə təbiidir..."
 
Medvedevin Qərbə qarşı sərtliyi və kobudluğu haradan qaynaqlanır?
 
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Dmitri Medvedevin özünün "Telegram-kanal"ında Qərbin ünvanına söylədiyi ifadələri "anlaşılan" və "izah olunan" adlandırıb. 
Guya ki, Qərbin davranışları o qədər dostcasına deyil ki, onlara qarşı kəskin reaksiya, Peskovun sözlərinə görə, tamamilə təbiidir.
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın SİTA dövlət agentliyi məlumat yayıb.
"Sizin dediyiniz o lent yazısı birinci şəxsin adından yazılıb. Bu, ölkəmizə qarşı üzləşdiyimiz düşmən münasibətinə şəxsi münasibətin təzahürüdür. 
Bu davranışlar o qədər dostcasına deyil ki, onlar, əlbəttə, kəskin reaksiya tələb edir. Ona görə də belə kəskin emosional reaksiya tamamilə aydın və izah olunandır".
Bununla yanaşı, Medvedevin mövqeyinin ölkənin xarici siyasət kursuna nə qədər uyğun olması barədə danışarkən, Peskov dəqiqləşdirib:
"Rusiyanın xarici siyasəti Rusiya Federasiyasının prezidenti tərəfindən formalaşır və ifadə edilir".
Məlum olduğu kimi, bir qədər əvvəl Rusiyanın üçüncü prezidenti, sabiq baş nazir, ölkənin Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev "Əl-Cəzirə" telekanalına öz kəskin ifadələrini izah edib. 
"Mənə "Telegram-kanal"ımda postlarımın nədən kəskin olduğu barədə suallar ünvanlayırlar.
Mən cavab verirəm-mən onlara nifrət edirəm. Onlar yaramaz və  rəzildir. Onlar Rusiyanın ölümünü istəyir. Neçə ki, sağam, onların yox olması üçün hər şeyi edəcəyəm", ' Medvedev özünün "Telegram-kanal"ında belə yazıb. 
Bu zaman o, deyib ki, kanalı özü aparır və qəsdən heç də həmişə diplomatik ifadələr seçmir.
O, əlavə edib ki, insanlar məlumatı siyasətçilərdən "aydın və birbaşa olaraq" əldə etməldir".
Tarix: 9-06-2022, 22:22
Xəbəri paylaş





Xəbər lenti