Ukrayna-Rusiya müharibəsi necə bitəcək? - 3 SSENARİ


Ukrayna-Rusiya müharibəsi necə bitəcək? - 3 SSENARİ



Təqaüddə olan amerikalı general Mayk Repass Ukraynaya gələrək başa düşdü ki, Ukrayna Silahlı Qüvvələrinə Qərb silahlarının tədarükü “Rusiyanın qələbəsinin qarşısını almaq” üçün kifayət deyil.
Cebhe.info CNN-ə istinadən onun niyə bu qənaətə gəldiyi barədə və digər məsələlərlə bağlı CNN-nin müxbiri Piter Bergenin suallarını və generalın cavablarını təqdim edir.
ABŞ-ın Avropadakı Xüsusi Əməliyyatlar Komandanlığının keçmiş rəhbəri, istefada olan general-mayor Mayk Repass hesab edir ki, beynəlxalq ictimaiyyət Ukraynaya dəstəyi əhəmiyyətli dərəcədə gücləndirməlidir.
Repass ABŞ hökuməti ilə bağlanmış müqavilə əsasında son altı il ərzində Ukrayna ordusuna məsləhətlər verib. Ötən ay o, münaqişənin dinamikasını daha yaxşı başa düşmək üçün Polşaya və Qərbi Ukraynaya səfər edib.
O deyir ki, Ukraynanın hərbi texnika ilə təchizat zənciri səmərəsizdir və Kiyevə əlavə qüvvələr lazımdır.
Bunun üçün Repass ABŞ və müttəfiqlərini hücum əməliyyatları həyata keçirmək və rus qoşunlarını qovmaq üçün 40 minə qədər əsgərdən ibarət beş briqadadan ibarət strateji qüvvə yaratmağa çağırıb.
Xarici KİV-nin müxbiri Piter Bergenin "Səfər zamanı nə öyrəndiniz?" sualına general cavab verib: 
"Birincisi, Ukraynanın daha çox dəstəyə ehtiyacı var. İkincisi, NATO gecikdirir. Üçüncüsü, Ukraynaya çatdırıldıqdan sonra hərbi texnikanın hara göndərilməsi barədə dəqiq təsəvvürümüz yoxdur", - deyə Repass vurğulayıb.
General həmçinin deyib ki, hərbi texnikanın tədarükü peşəkar əsaslarla deyil, şəxsi əsaslarla həyata keçirilir: 
"Bölüşdürmə prioritetləri yüksək rəhbərlik tərəfindən müəyyən edilir və mənim gördüyüm kimi, onlar döyüş zərurəti, əməliyyat tapşırıqları və ya obyektiv məlumatlar üçün yönləndirilmir.
Bir də ki, "X" briqadasının və ya "Y" sektorunun komandiri zəng edib deyir: 
“Qulaq as, mənə 27 “Javelin” raketi lazımdır". Beləliklə, hər şey əlaqələrlə həll olunur və bu, müharibə zamanı logistika üçün görülən iş deyil. Yanacaq, döyüş sursatı, batareyalar kimi əsas şeylər üçün istehlak nisbətlərini aydın başa düşməliyik", -general izah edib.
Bergen növbəti sualını Repassa ünvanlayır: "Ola bilərmi, Ukraynada bu qanlı münaqişənin həlli mümkün olmasın?"
Repass: "Üç aydın ssenari ortaya çıxır: 1-ci Rusiya hərbi qələbə qazanır, 2-ci Ukrayna hərbi qələbə qazanır və ya sonuncu 3-cü münaqişənin həlli "dalana dirənir". Üç ssenaridən ikisi Rusiyanın qələbəsi deməkdir", - deneral bildirib.
Repass daha sonra sula cavabında əlavə edib ki, "dalana dirənən" Rusiya sadəcə olaraq, işğal etdiyi Ukrayna ərazilərində qələbə qazandığını iddia edəcək və Ukrayna ərazilərini qeyri-müəyyən müddətə işğal etməyə davam edəcək:
"Bu vəziyyətdə Rusiya tam qələbə qazana bilməyəcək, lakin əhəmiyyətli bir əraziyə nəzarət edəcək.
Bəs biz və  Qərb bunun qarşısını almaq üçün nə edirik? İndi hər kəs döyüşlər haqqında düşünür, ona görə də biz ukraynalıları təchiz edirik. Lakin Ukrayna ordusunun əlavə imkanlara ehtiyacı var", - Repass vurğulayıb.
Bergen:"Niyə?"
Repass: "Çünki bu gün Ukraynanın kifayət qədər qüvvəsi - texnika, atəş gücü və təlim keçmiş əsgərləri yoxdur.
Rusiya həmişə daha çox gücə sahib olacaq. Bəli, onlar daha yaxşı deyil, daha çox gücə sahib olacaq", - deyə Repass əlavə edib.
ABŞ generalı İosif  Stalinin hakimiyəti dövründə işlətdiyi bir kəlməni də xatırladıb: “Kəmiyyət özlüyündə həmişə keyfiyyətə çevrilir”, - deyə Repass bildirib və əlavə edib ki, Ukraynaya əlavə qüvvələr yerləşdirilməsə, sarkaç (rusca mayatnik-red.) nə vaxtsa Rusiyaya tərəf dönəcək.
"Düşünürəm ki, NATO ölkələri və beynəlxalq ictimaiyyət Ukraynanın  təchizata daha çox ehtiyacı olduğunu getdikcə daha yaxşı başa düşür.
Hesab edirəm ki, ABŞ və onun müttəfiqləri dörd şeyi etməlidir. Birincisi, Rusiyanı zəiflədin və Ukraynanın potensialını gücləndirin. İkincisi, öz imkanlarımızı və NATO-nun imkanlarını gücləndirməklə Rusiyanı cilovlamağa davam edin. 
Üçüncüsü, Rusiyanın silahlı qüvvələrinin və potensialının deqradasiyasına nail olmaq lazımdır. Nəhayət, Ukraynada Rusiyanın məğlubiyyətini təmin etmək və bu, hücum əməliyyatları aparmaq üçün strateji və operativ ehtiyat yaratmaqla əldə edilir", - deyə Repass izah edib.
Bergen: "Bu, praktikada necə görünəcək?"
Repass: "Amerikalıların, fransızların, polyakların, ingilislərin və almanların Ukrayna briqadası yaratması lazımdır. Bu ölkələrin kifayət qədər hərbi potensialı var, ona görə də Ukrayna hərbi qüvvələrini formalaşdıra, onları təchiz edə və öz ölkələrində Ukrayna əsgərlərinə təlim keçə bilərlər.
Belə ki, beş əməliyyat sektorunda beş briqada olacaq. Bu altı aydan səkkiz aya qədər çəkəcək. Qərb tərəfindən təchiz edilmiş bu beş briqada, NATO-ya uyğun tanklar, havadan atəş dəstəyi və hava hücumundan müdafiə də daxil olmaqla, bütün mövcud aktivlərə malik olduğu zaman havadan-yerə döyüşə inteqrasiya olunmuş yanaşma ilə Qərb yolu ilə döyüşəcək", - general şərh edib.
Bergen: "Beş briqada o qədər də çox deyil, elə deyilmi?"
Repass: "Hə, çox deyil, amma mən inanıram ki, bu, yaxın gələcəkdə mümkündür. Bir briqadada səkkiz minə qədər əsgər olacaq, yəni beş briqadada 40 minə qədər adam olacaq. İnanıram ki, ukraynalılar ölkədə fövqəladə vəziyyəti nəzərə alsaq belə, bu qədər hərbçi tapa biləcəklər", - ABŞ generalı bildirib.
Bergen: "İndi şərq və cənubdakı vəziyyəti necə xarakterizə edərdiniz? Ruslar qalib olduqlarını düşünürlər?"
Repass: Rusiya həm şimalda, həm də cənubda metodik olaraq irəliləyir. Rusiya şərqdə Ukrayna müdafiə qüvvələrini aşkar etməyə və onları mühasirəyə almağa çalışır. Sonra onları cənubda darmadağın etmək niyyətindədir. Bundan başqa ruslar Nikolayev şəhərini mühasirəyə almaq istəyirlər və onun müdafiəsini yarıb Odessaya tərəf irəliləmək istəyirlər. Ruslar əgər Nikolayev ətrafındakı qüvvələri məhv etməsələr, Odessaya girə bilməyəcəklər.
Bergen: "Odessa niyə bu qədər qiymətlidir?"
Repass: "Odessa ona görə qiymətlidir ki, onun işğalı Ukraynanı Qara dənizdən ayıracaq. Bundan başqa, Odessa Dnestryanı və Moldova üçün "açıq darvazadır".
Bergen: "Bəs nüvə silahı atılması barədə nə deyərdiniz? Bu, bir hiylədirmi?"
Repass: "Əsas etibarilə, bəli, hiylədir. Amma bir iş var. Bunu Putin deyibmi? Bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov deyib əslində, bu, əlbəttə ki, onun hiyləsidir. Onun nüvə doktrinasına əsasən, Rusiyanı ciddi təhlükə gözlədiyi halda, onlar taktiki nüvə silahını tətbiq edəcəklər. Rusiya, məhz bunu Qərbə anlatmağa çalışır".
Bergen: "Bu hədd çox yüksək deyilmi?"
Bu sualı Repass təsdiqləyib və "Elədir", - deyə cavab verib. 
Bergen: "Müharibənin öz məntiqi var. Təəssüf ki, bu münaqişə bir il, hətta iki il də uzana bilər"
Repass: "Haqlısınız. Mən də bundan qorxuram. Buna görə də biz işin "dalana dirənməyinə" yol verməməliyik. Əgər müharibə "dalana dirənməklə" bitəcəksə, bu, Putinin qələbəsi olacaq".
Tarix: 10-06-2022, 22:50
Xəbəri paylaş





Xəbər lenti