"NATO bu müharibəyə qoşulacaq, çünki Putin başqa seçimə yer qoymayacaq..."


 "Putinin ölümü müharibəni dayandırmayacaq"
"Məsələ Rusiyada kimin rəhbərlik etməsində deyil, Ukraynaya qarşı müharibənin cinayət olduğunun etiraf edilməsində, 2013-cü il sərhədlərinin və Ukraynaya reparasiyalar verilməsinin tanınmasındadır"
 
 
Rusiya prezidenti Vladimir Putinin ölümü Rusiya Federasiyasında vəziyyəti dəyişməyəcək və onun Ukraynaya qarşı təcavüzünü dayandırmayacaq, çünki Kreml liderinin ölümündən sonra onu yeni "putinlər" əvəzləyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə amerikalı tarixçi, müasir Rusiyanın tədqiqatçısı Yuri Felştinski "Apostrof" telekanalına verdiyi müsahibəsində bəyan edib.
 
O, Putinin silahdaşı Dmitri Medvedevin "dünyada hər şeyə nifrət etdiyi" barədə qalmaqallı bəyanatlarını misal çəkib.
 
"Hətta Putin getsə belə, orada Patruşev var, orada Medvedev var, onlar da, gördüyümüz kimi, ondan yaxşı deyillər. Orada Putini əvəzləyəcək bir yığın adam hazırlanıb. Heç nə dəyişməyəcək", - tarixçi buna əmin olduğunu ifadə edib.
 
Felştinski həmçinin qeyd edib ki, Rusiyada çevriliş etməyə qadir olan qüvvələri görmür:
 
"Mən rəhbərlər arasında müxalifətin olduğunu düşünmürəm, mən Putinin siyasəti ilə razı olmayanların mövcud olmasını da düşünmürəm".
 
Tarixçinin fikrinə görə, hakimiyyətdə olduğu 20 il ərzində Putin yalnız onunla tamamilə razı olanları ətrafına toplayıb.
 
"Məhz bu səbəbdən də biz ölkədən qaçanları, hətta açıq da olmasa, səhhəti ilə bağlı istefaya gedənləri də görmürük. Belələri yoxdur. Təkcə Çubays yeganə adamdır ki, ölkədən qaçıb, bir də Yumaşev istefa verib. Cəmi iki nəfər. Amma bu, müxalifətin narazılığının o səviyyəsi deyil ki, rəhbər heyətin dəyişilməsinə, ən əsası, siyasətin dəyişilməsinə gətirib çıxara bilsin. Şərti olaraq desək, Putinin gedişi, aradan götürülməsi və ya ölməsi kifayət deyil. Rusiya 2013-cü ilin sərhədlərini tanımalı və bəyan etməlidir ki, törətdiyi ziyana görə Ukraynaya reparasiyalar ödəyəcək", - o, əlavə edib.
 
Rusiya prezidentinin ön cəbhədəki vəziyyətdən xəbərdar olub-olmaması barədə sualı cavablayarkən, Felştinski əmin olduğunu ifadə edib ki, hərbi rəhbərlər Rusiya hakiminə dürüst məlumatı çatdırır.
 
"Bilirsiniz, mən düşünmürəm ki, Putini aldadırlar. Düşünmürəm ki, Putində informasiya qıtlığı var. Bu da problemin Putinin qətlə yetirilməsində, ölümündə və ya getməsində olmadığının başlıca səbəbidir. Mən hesab etmirəm ki, bundan nə isə dəyişəcək, çünki məsələ Rusiyada kimin rəhbərlik etməsində deyil. Məsələ bundadır ki, Rusiya Ukraynaya qarşı müharibənin cinayət oldiğunu etiraf edəcəkmi, 2013-cü ilin sərhədlərini tanıyacaqmı, Ukraynaya reparasiyaların verilməli olduğunu tanıyacaqmı. Putinin hakimiyyətdə olub-olmamasından asılı olmayaraq, bu suallara cavab mənfidir", - ekspert vurğulayıb.
 
Sözlərinə yekun vuraraq, Felştinski bəyan edib ki, Ukraynanın müharibədə qələbəsi yalnız bir şərtlə mümkündür ki, Şimali Atlantika İttifaqı bilavasitə bu müharibədə iştirak etsin.
 
"Rusiya Federasiyası yalnız o zaman hərbi məğlubiyyətə uğraya bilər ki, bu müharibəyə NATO qoşulsun. Mən düşünürəm ki, NATO bu müharibəyə qoşulacaq. Ukraynaya hərbi və ya maliyyə yardımı formatında deyil, NATO-nun bütün gücü ilə hərbi yardım etməsi formasında, çünki başqa çıxış yolu olmayacaq. Ona görə yox ki, NATO  bu müharibədə iştirak etmək istəyir. Alyans bu müharibədə iştirak etmək istəmir, ən çox istədiyi indiki vəziyyətin davam etməsini istəyir. Ukrayna döyüşsün, Rusiya ləngisin, NATO da silah versin. Mən düşünmürəm ki, bu ssenari uzun zaman davam edəcək. Mənə elə gəlir ki, NATO üçün Putinin özü seçim yeri saxlamayacaq, çünki o, münaqişənin genişləndirilməsinə cəhd edəcək", - amerikalı tarixçi sözlərinə yekun vurub.
Tarix: 12-06-2022, 21:39
Xəbəri paylaş





Xəbər lenti