"Əsl nasistlər ukraynalıları milli mənşəyinə görə qətlə yetirən ruslardır..."


"Ukraynaya eşq olsun" nə deməkdir, Siz faşistsiniz?"
 

"Çünki siz bizim ölkəmizə hücum etmisiniz, bizi bombardmanlara məruz qoyursunuz..."
 
 
Rusiyalılar özlərini alman adlandıraraq uşaqlı Ukrayna qadınına quduzcasına hücum edib
 
Almaniyada iki rusiyalı ukraynalı qadına onun körpə övladı "Ukraynaya eşq olsun!" şüarını səsləndirdiyinə görə hücum edib. Bu zaman onlar öz rus mənşəyini inkar edib.
 
Moderator.az xəbər verir ki, insidentin videosu "Telegram-kanal"da dərc edilib.
 
Videoçarxın müəllifi aqressiv kişiciklərin hücumuna məruz qalan elə həmin qadındır.
 
"Ukraynaya eşq olsun nə deməkdir? Siz dəli olmusunuz? Siz "Almanlara eşq olsun!" deyə bilməzsiniz ki?", - qəzəblənən rusiyalı deyib.
 
Ukraynalı qadın sakit tonda soruşub ki, onun həmsöhbətləri haradandır, onlar isə cavab verib ki, bunun əhəmiyyəti yoxdur və, "ümumiyyətlə, onlar Almaniyadandır".
 
Bundan sonra kişiciklərdən biri aqressivcəsinə qışqırmağa, qadını və oğlunu ittiham etməyə başlayıb, onu nasizm və faşizmdə ittiham edib.
 
Rusiyalı: 
-Siz nasistsiniz? Siz faşitsiniz? "Ukraynaya eşq olsun" deyirsinizsə, deməli, faşistsiniz.
 
Ukraynalı qadın:
- Əgər siz mənə qadın kimi üstümə qışqırmaqda davam etsəniz...
 
Rusiyalı:
- Nə qadın? Sən ukropsan. Sən, sadəcə, ukropsan (Украинское объединение патриотов- Ukrayna vətənpərvərlər birliyinin üzvlərini, Ukraynanın azadlığı uğrunda mücadilə edənləri ruslar belə adlandırır-red.).
 
Ukraynalı qadın:
- Siz mənim üstümə qışqırırsınız. Siz mənimlə münaqişə törədirsiniz.
 
Rusiyalı:
- Nə münaqişə? Hansı "Ukraynaya eşq olsun? Biz Almaniyanın ərazisindəyik. Ya almanca, ya rusca danışmaq lazımdır. "Ukraynaya eşq olsun" qışqırmaq olmaz.
 
Ukraynalı qadın:
- Xahiş edirəm bu söhbəti bitirin.
 
Rusiyalı:
- Buna bir bax! De, görüm, nə demək istəyirsən?
 
Ukraynalı qadın:
- Görmürsünüz yanımda körpə uşaq var? Nə istəyirsiniz məndən?
 
Rusiyalı:
- O uşaq niyə "Ukraynaya eşq olsun" deyir?
 
Ukraynalı qadın:
- Çünki o, Ukraynadandır. Çünki siz bizim ölkəmizə hücum etmisiniz. Siz bizi bombardman edirsiniz.
 
Rusiyalı:
- Sizə kim hücum edib? Mən 25 ildir ki, burada yaşayıram. Kim hücum edib?
 
Ukraynalı qadın:
- Yəni Siz qazaxsınız? Mən düz anlayıram?
 
Rusiyalı:
- Mən Rusiyadan gəlmişəm. Kurqandan. Mən milliyyətcə almanam.
 
Ukraynalı qadın:
- Mən buna şübhə etmirdim. Yalnız ruslar belə davranırlar.
 
Aqressiv rusiyalı kobud davranışla ukraynalı qadından oğluna "nasist sözləri" deməyi qadağan etməyi tələb edib.
Ukraynalı qadın cavabında deyib ki, nasistlər Ukraynanı və ukraynalıları milkli mənşəyinə görə qətlə yetirən ruslardır.
 
Qadın həmsöhbətindən nədən indiyədək Rusiyada olmadığını soruşub, o isə bir daha bəyan edib ki, o, "alman"dır, amma "Rusiyada doğulub".
 
Bu dialoq ukraynalı qadının ünvanına söyüşlərlə bitib.
 
Bundan sonra Kurqandan olan "alman"ı yanındakı dostu oradan uzaqlaşdırıb.
 
Xəbər verdiyimiz kimi, bir müddət öncə xaricdə yaşayan 70 yaşlı rus qadını Ukrayna rəmzlərini təhqir etdiyinə görə ukraynalı qadın tərəfindən ittiham edilib. Bundan sonra yaşlı rus qadını Ukrayna bayrağını "faşist" bayrağı, Ukrayna qadınlarını isə "fahişə", "döşəməyuyan" adlandırıb, onun zahiri görünüşü və geyimini ələ salıb.
Tarix: 12-06-2022, 21:51
Xəbəri paylaş





Xəbər lenti