Qərb silah verməsəydi, ruslar indi Lvovda idi


Qərb tərəfdaşları Rusiyaya qarşı müharibədə Ukraynaya əhəmiyyətli dərəcədə kömək edir.
Siam.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
"Qərb bizi maliyyə, siyasi və hərbi cəhətdən xilas edir. Əgər onlar bizə indi, yaxud əvvəllər yardım etməsəydilər, o zaman biz indi Lvovun müdafiəsindən danışardıq. On görə yox ki, biz qorxaqıq, ona görə ki, sadəcə müdafiə olunmağa heç nəyimiz yox idi. Biz indi Qərbin yardımı sayəsində cəbhə xəttində dayanırıq”, - deyə Arestoviç bildirib.
Tarix: 13-06-2022, 09:04
Xəbəri paylaş





Xəbər lenti