"Rusiyaya nağd pul axınının qarşısını almaq üçün daha qətiyyətli addımlar atılmalıdır..."


Ukraynaya qarşı müharibənin ilk 100 günü ərzində Rusiya 93 milyard avro qazanıb. Ən iri alıcılar Almaniya və Çindir
 Ukraynaya tammiqyaslı hərbi müdaxilənin ilk üç ayında Rusiya enerjidaşıyıcıları ixracından 93 milyard avro məbləğində gəlir əldə edib.
 
Moderator.az xəbər verir ki, energetika və təmiz hava tədqiqatları Mərkəzi (CREA) bu nəticəyə gəlib.
 
Mərkəz iyunun 13-də "Putin müharibəsinin maliyyələşməsi: Rusiyadan müdaxilənin ilk 100 günü yerdən çıxarılan yanacağın idxalı" adlı hesabat dərc edib.
 
Tədqiqatın məlumatlarına əsasən, Avropa İttifaqı Rusiya nefti və qazının əsas alıcısı olaraq qalır, 24 fevraldan 3 iyununadək Rusiyadan çıxarılan 57 milyard avro məbləğində yanacaq ixracının 61 faizi Avropa İttifaqının payına düşüb.
 
Digər ölkələr arasında əsas idxalçılar Çin (12, 6 milyard avro), ikinci yerdə Almaniya (12, 1 milyard avro), üçüncü yerdə İtaliyadır (7, 8 milyard avro).
 
Rusiya öz gəlirlərini, əsasən, xam neft satışından (46 milyard avro), bundan iki dəfə az gəliri olan boru kəmərləri vasitəsilə ixrac edilən qazdan (24 milyard avro), sıxılmış təbii qazdan (5, 1 milyard avro) və kömürdən (4, 8 milyard avro) əldə edir.
 
CREA-nın analitiki Lauri Müllüvirta hesabatı şərh edərkən qeyd edib ki, müharibə başlanandan sonra bəzi dövlətlər (məsələn, Polşa, Finlandiya və Baltikyanı ölkələr) idxalı azaldıbsa, digər ölkələr isə, əksinə, idxalı xeyli artırıb, bu ölkələrə Çin, Hindistan və Avropa İttifaqına daxil olan Fransa aiddir. Bu barədə "Sky News" nəşri yazıb.
 
"Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirərkən, məsələn, Fransa öz idxalını artıraraq Rusiyadan sıxılmış təbii qazın dünyada ən iri alıcısına çevrilib", - fin ekspеrti bəyan edib.
 
Onun sözlərinə görə, bu gün ekoloji cəhətdən təmiz enerjinin inkişafı çox ləng gedir.
 
"Ukraynanın dəstəyə güclü tələbatı olduğunu nəzərə alaraq, Rusiyaya nağd pul axınının qarşısını almaq üçün daha qətiyyətli tədbirlərə zərurət var", - o, qeyd edib.
Tarix: 13-06-2022, 21:50
Xəbəri paylaş





Xəbər lenti