Xarkovda kaset bombalarından istifadə edilib - "Amnesty İnternational"dan Rusiyaya ittiham...

Xarkovda kaset bombalarından istifadə edilib -
"Ukraynada qadağan edilmiş kaset bombalarının tətbiqi Rusiyanın dinc əhalinin həyatına tamamilə etinasız münasibətinin təzahürüdür"
 "Kaset bombaları seçilmədən böyük sahəyə atılır və uzun müddətdən sonra mülki əhali üçün təhlükə törədir"
 
"İnsanlar öz evlərində, küçələrdə, humanitar yardım və dərman növbələrində qətlə yetirilib"
 
 
Beynəlxalq Hüquq Müdafiə Təşkilatı olan Amnesty İnternational yeni məruzə dərc edərək, Rusiyanı Xarkovu ələ keçirməyə cəhd edərkən kaset mərmiləri və digər qadağan edilmiş vasitələrdən istifadə etməkdə ittiham edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "QORDON"  internet nəşri məlumat yayıb.
 
"Xarkovun yaşayış məhəllələrinin dəfələrlə atəşə tutulması kortəbii hücumlardır, nəticədə yüzlərlə dinc sakin həlak olub və yaralanıb, bunlar isə hərbi cinayətlər deməkdir", - məruzədə deyilir.
 
Sənədə zərərçəkənlərin və həlak olanların qohumlarının müsahibələri, habelə atəş yerlərinin və tibb işçiləri tərəfindən yaralıların və həlak olanların bədən və cəsədlərindən çıxarılan qəlpələrin fotoşəkilləri daxil edilib.
 
Təşkilatın tədqiqatçıları bəyan edir ki, onlar Xarkovun müxtəlif rayonlarında yeddi zərbəni sənədləşdirib, orada 9H210 və ya 9H235 kaset döyüş sursatlarının hissə və qəlpələri aşkar edilib.
 
Kaset bombaları öz təbiətinə görə seçilməyəndir, hesabatda belə deyilir, raketlər onlarla döyüş sursatı ilə havaya buraxılır, sahəsi yüzlərlə kvadrat kilometr olan böyük əraziyə seçilmədən atılır. Bu da atəşdən uzun müddət sonra mülki əhali üçün təhlükə törədir.
 
Amnesty İnternational təşkilatının böhranlı vəziyyətlərə münasibət üsrə baş məsləhətçisi Donatella Rovera bəyan edib ki, bu tədqiqat "dinc sakinlərin həyatına tamamilə etinasız yanaşmanın daha bir sübutudur".
 
"İnsanlar öz evlərində və küçələrdə, uşaq meydançalarında və qəbiristanlıqda, humanitar yardım və dərmalar üçün növbələrdə qətlə yetirilib", - hesabatda deyilir.
 
Kontekst:
 
BMT-nin kaset döyüş sursatları üzrə 2010-cu ildə qüvvəyə minmiş Konvensiyası kaset döyüş sursatlarının istifadəsini qadağan edir. Rusiya ABŞ və Çinlə bərabər bu müqavilənin iştirakçısı deyil.
 
KİV-lərin yazdığı kimi, Rusiya belə bombaları Suriyada tətbiq etsə də, bunu inkar edib.
 
Ukraynaya hərbi müdaxilənin başlanmasından bəri Rusiya belə döyüş sursatlarından Xarkov, Dnepropetrovsk və Donetsk vilayətlərində istifadə etməsi qeydə alınıb.
 
May ayında Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən ələ keçirilən
telefon danışıqlarında rusiyalı işğalçı Ukraynada fosfor və kaset vasitələrindən istifadə olunmasını etiraf edilib.
Tarix: 13-06-2022, 21:52
Xəbəri paylaş





Xəbər lenti