Rusiyanın eks-prezidenti: "Ukrayna ilə sərhəddəki şəhərlərinizi vuracağıq"

Rusiyanın eks-prezidenti:
“ABŞ-ın verdiyi raketlərdən Rusiyaya hücum etmək üçün istifadə edərlərsə, onda Moskva Avropa İttifaqının Ukraynanın qərbinə yaxın olan şəhərlərini vuracaq”.
 “Report” “Moldova-news.md”yə istinadən xəbər verir ki, bunu Rusiyanın eks-prezidenti, Milli Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.
 
Qeyd edək ki, 56 yaşlı D.Medvedev ötən həftə sosial şəbəkədə Ukrayna haqqında sərt status paylaşıb: “Məndən tez-tez teleqramda sərt statuslar paylaşdığm barədə soruşurlar. Onlara nifrət etməyim cavabımdır. Onlar bədbəxt və yarımçıqdırlar”.
 
Sabiq prezident Qərb dövlətlərinə xəbərdarlıq edərək bildirib: “Məhşər çaparı yoldadır”.
 
Rusiyanın hücumu davam etdirməyə hazır olduğuna dair belə paylaşım edib: “Onlar Rusiya uğrunda ölməyə hazırdır. Nə qədər ki sağam onların (Ukraynanı nəzərdə tutur - red.) məhv olması üçün əlimdən gələni edəcəyəm”.
 
Qeyd edək ki, D.Medvedev 2008-2012-ci illərdə Rusiya Prezidenti, 2012-2020-ci illərdə isə Baş nazir olub.
Tarix: 14-06-2022, 14:14
Xəbəri paylaş





Xəbər lenti