“Rusiya-Ukrayna müharibəsi 10 il davam edə bilər” – Ekspertdən ŞOK PROQNOZ




Son günlər Ukraynanın Donbas bölgəsində münaqişənin şiddətləndiyi bir vaxtda bəzi ekspertlər müharibənin 10 il davam edə biləcəyi ilə bağlı proqnozlar verməyə başlayıblar.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Strategiya, Texnologiya və Silahlara Nəzarət üzrə direktoru Uilyam Alberk müharibənin 10 il davam edəcəyi ilə bağlı qorxulu proqnoz verib: “Rusiya Donbasda uğur qazamağa başlasa da, müharibənin növbəti onilliklərə qədər uzanma ehtimalı var. Buna görə çox narahatam. Ukrayna əsgərləri ölkənin şərqindəki bölgələrdə yavaş-yavaş üstünlüyü itirirlər. Ukraynanın bu ərazilərdə nəzarəti itirməsi müharibənin on ildən də çox davam etməsinə səbəb ola bilər”.
Tarix: 14-06-2022, 15:52
Xəbəri paylaş





Xəbər lenti