Gürcüstan Prezidenti xalqı mitinqə səslədi


Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə respublikanın Avropa kursu üçün mitinq keçirir.
 
Siam.az 
xəbər verir ki, Salome Zurabişvili vətəndaşları iyunun 16-da Tbilisidə Avropaya inteqrasiya siyasəti kursuna dəstək aksiyası üçün Avropa meydanına çıxmağa çağırıb.
 
“İyunun 16-da sizi Avropa Meydanına və Rike Parkın yaxınlığında toplaşmağa dəvət edirəm. Gəlin bir-birimizin gözünə baxaq və Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi, iradəmizi göstərək. Əhali, cəmiyyət, mən, siyasi partiyaların nümayəndələri, hakimiyyət - hamımız sadə vətəndaş olacağıq. Çıxışlar, bəyanatlar, plakatlar olmayacaq”, - deyə Zurabişvili qeyd edib.
 
Zurabişvili bildirib ki, mitinq yerli vaxtla saat 17:00-a planlaşdırılıb.
 
Qafqazinfo
Tarix: 15-06-2022, 08:32
Xəbəri paylaş





Xəbər lenti