Medvedyevdən şok açıqlama: “Ukrayna dünya xəritəsindən silinəcək"


Medvedyevdən şok açıqlama: “Ukrayna dünya xəritəsindən silinəcək"


Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Rusiyanın müharibə apardığı Ukraynanın gələcəkdə mövcudluğunu şübhə altına alıb.
Cebhe.info xəbər verir ki, bu barədə Dmitri Medvedyev "Telegram"da yazıb.
"Mən bir məlumat gördüm ki, Ukrayna “lend-liz” qanunu üzrə LNG-ni (mayeləşdirilmiş təbii qaz - red.) öz xaricdəki sahiblərindən 2 il sonra çatdırılma haqqı ilə almaq istəyir. Əks halda, qarşıdan gələn qışda sadəcə olaraq donacaq.
Sadəcə sual edirəm. Kim deyir ki, iki ildən sonra Ukrayna dünya xəritəsində belə mövcud olacaq?", - deyə o yazıb.
"Baxmayaraq ki, amerikalıların artıq heç nə vecinə deyil, onlar Rusiya əleyhinə layihəyə o qədər sərmayə qoyublar ki, qalan hər şey onlar üçün heç bir şey deyil", - Medvedyev əlavə edib.
Ukrayna mətbuatı hesab edir ki, beləliklə, Dmitri Medvedyev etiraf edib ki, Rusiyanın məqsədi Ukraynanı məhv etməkdir, müharibənin səbəbi Donbass sakinlərində, NATO-dan gələn təhlükədə deyil, hətta xəyali bioloji laboratoriyalarda və nüvə raketləri istehsalında da deyil.
Tarix: 8-06-2022, 23:18
Xəbəri paylaş





Xəbər lenti