"Rusiyanın siyasi xəritədə yeganə müttəfiqi kimi Suriya qaldı..."


Rusiya prezidenti Vladimir Putin Rusiyanı heç kəsin əl uzatmaq istəmədiyi izqoya çevirib.
 

Moderator.az  "Gordon"a istinadla xəbər verir ki, bu fikri iyunun 17-də “Twitter”də Ukrayna Prezident Ofisi (PO) rəhbərinin müşaviri Mixail Podolyak ifadə edib.
 
O, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin müvəqqəti işğal olunmuş Donetsk və Luqanskı “kvazidövlət əraziləri” adlandıran bəyanatını şərh edərək Qazaxıstanın qondarma “LPR”i tanımadığını qeyd edib.
 
"Tokayev "LDXR" kvazi-anklavlarını tanımaqdan imtina etdi. Heç bir MDB/KTMT ölkəsi Rusiyanın cinayətlərində iştirak etmək istəmir. Kremlin siyasi xəritədə yeganə müttəfiqi  kimi Suriya qaldı. Putin Rusiyanı qüdrətli bir ölkəyə çevirmək istəyirdi, amma onu heç kəsin əl uzatmaq istəmədiyi izqoya döndərdi”, - Podolyak belə yazıb.
 
Qeyd edək ki,  izqoy - qədim Rusiyada öz əvvəlki vəziyyətini itirdiyinə görə həyat vəsaitindən məhrum qalmış, başqa sözlə, cəmiyyətdən qovulmuş, təcrid olunmuş adama deyirdilər.
 
Xatırladılır ki,  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hazırda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
Tarix: 18-06-2022, 09:56
Xəbəri paylaş





Xəbər lenti