Qazaxıstan prezidenti Aleksandr Nevski ordenini qəbul etməyib? - Peskovsa and-aman edir ki...

Qazaxıstan prezidenti Aleksandr Nevski ordenini qəbul etməyib? - Peskovsa and-aman edir ki...
Qazaxıstan prezidenti Rusiyadan Aleksandr Nevski ordenini qəbul etməyib, amma etiraz əlaməti olaraq deyil, prinsipə görə...
Qazaxıstan prezidenti Qasım-Jomərt Tokayev bu günlər Rusiya tərəfinin təltif etmək üçün təklif etdiyi Aleksandr Nevski ordenini qəbul etməkdən imtina edib.
 
Moderator.az xəbər verir ki, bu barədə özünün Telegram-kanalında Qazaxıstan siyasətçisi Yerbol Yedilov məlumat verib.
 
Qazaxıstan rəhbərinin mətbuat xidmətinə istinadən "Tenqrinyus" portalı dəqiqləşdirib ki, prezident öz səlahiyyət müddətinin bitməsinədək nə qazax, nə də xarici mükafatları qəbul etməmək barədə qərar verib.
 
Elə həmin səbəbə görə, Bişkekə səfəri zamanı Tokayev Qırğızıstanın birinci dərəcəli "Manas" ali dövlət mükafatından imtina edib.
 
Qazaxıstan prezidenti Qasım-Jomərt Tokayevin Aleksandr Nevski ordenindən imtina etməsi barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dərhal təkzib edib. Onun sözlərinə görə, mükafatlandırma heç planlaşdırılmayıb.
 
"Mən bilmirəm bu məlumat haradan götürülüb, çünki heç bir mükafatlandırma planlaşdırılmayıb, - Peskov deyib. -Bizim planlarımızda belə bir şey olmayıb".
Tarix: 19-06-2022, 14:49
Xəbəri paylaş





Xəbər lenti