Beynəlxalq konfransda Medvedyevə “kloun” dedilər


Beynəlxalq konfransda Medvedyevə “kloun” dedilər



Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Hoysqen Dmitri Medvedevi Beynəlxalq Dəniz Gücləri Simpoziumunda “kloun” adlandırıb.
“Bild” xəbər verir ki,  o, “Medvedev bu gün təlxəkdir. Bağışlayın, bunu deməliydim”, - deyib.
Xatırladaq ki, iyunun əvvəlində Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev “Telegram”-da nifrət dolu yazı yazıb. Daha sonra Kremlin mətbuat katibi Dmitri Peskov Medvedevin ritorikasının xüsusiyyətlərini şərh edərək bildirib ki, bu, onun şəxsi fikridir, lakin buna hakim reallıqlar səbəb olur.
İyunun ortalarında Medvedev bir yazı dərc etdirib və bildirib ki, iki ildən sonra Ukrayna dünya xəritəsində olmaya bilər. 
Tarix: 19-06-2022, 19:12
Xəbəri paylaş





Xəbər lenti