Rusiya Ukraynaya qarşı 200 müxtəlif adda qadağan olunmuş silahdan istifadə edib




Rusiya Federasiyasının ordusu Ukraynaya qarşı 200-dən artıq müxtəlif adda beynəlxalq müqavilələrlə qadağan olunmuş silah və sursat tətbiq edib.
Bu barədə «Nyu-York Tayms » qəzeti yazıb.
Bunlar əsasən, kasetli döyüş sursatları olub, dinc əhali üçün müharibədən onillərlə sonra da ciddi təhlükə törədə bilər.
Qadağan olunmuş silahların tətbiqi nəticəsində xeyli sayda Ukrayna vətəndaşı, o cümlədən, uşaqlar həlak olub, yaralanıb. Bundan başqa, çox mühüm infrastruktur obyektləri məhv edilib.
“Bu növ silahlardan istifadə təcavüzün əvvəlindən Rusiyanın hərbi strategiyasının əsasını təşkil edib” – deyə, xəbərdə deyilir.Azpolitika.info
Tarix: 21-06-2022, 08:39
Xəbəri paylaş





Xəbər lenti