"Rusiya ilə NATO bu dəhlizdə birbaşa toqquşa bilər..."-"Politico"


Hansısa bir Suvalk dəhlizi hipotetik olaraq ən təhlükəli ərazidir. Məhz o, Şimali Atlantika Alyansına qarşı müharibə olacağı təqdirdə Rusiya hakimiyyətinin ilk hədəfinə çevrilə bilər.

Moderator.az xəbər verir ki, bu barədə “Politico” nəşri  yazır.
 
"Litvanın cənub-şərq sərhəddində yerləşən Druskininkay şəhəri Suvalk boşluğu kimi tanınan dar bir strateji əraziyə çıxır. Qərb hərbi planlaşdırıcıları xəbərdarlıq edirlər ki, Rusiya prezidenti nə vaxtsa Ukraynadakı müharibəni NATO ilə birbaşa toqquşmayadək qızışdırmaq qərarına gəlsə, bu ərazi, çox güman ki, onun ilk hədəflərindən biri olacaq”, - məlumatda deyilir.
 
Jurnalistlər Moskvanın Kalininqrada quru dəhlizi yaratmağa cəhd edə biləcəyini və bunun nüvə silahından istifadə etməklə dövlətlərin genişmiqyaslı müharibəsinə təkan olacağını ehtimal edirlər.
 
Qeyd edək ki, uzunluğu təxminən 100 km olan Suvalk dəhlizinin adını 2015-ci ildə Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves verib. Onun fikrincə, bu sahə ona görə çox təhlükəlidir ki, Rusiya tərəfindən ələ keçiriləcəyi təqdirdə Baltikyanı ölkələrlə NATO arasındakı əlaqə kəsiləcək.

"UNİAN"-ın daha əvvəl xəbər verdiyi kimi, iyunun 18-dən Litva Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının əsas ərazisi arasında sanksiyaya məruz qalmış yüklərin tranzitini dayandırıb. Rusiya artıq reaksiya verib və bəyan edib ki, tranzit qadağası “çox sərt və tamamilə qanuni hərəkətlər üçün əsas ola bilər”.
 
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya nümayəndələrinin təhdidləri ilə əlaqədar Litvanın müdafiəsinə qalxıb.
Tarix: 21-06-2022, 08:56
Xəbəri paylaş





Xəbər lenti