İran qayıqları Amerika gəmilərinə yaxınlaşıb, xəbərdarlıq siqnalı verilib


İran qayıqları Amerika gəmilərinə yaxınlaşıb, xəbərdarlıq siqnalı verilib

İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) üç İran qayığı bazar ertəsi günü "USS Sirocco" və "USNS Choctaw County Navy" gəmilərinə 46 mil məsafəyə qədər yaxınlaşıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Pentaqondakı mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin verdiyi məlumata görə, İran qayıqları “yüksək təhlükəli” sürətlə “Sirocco” patrul gəmisini və “Çoctaw County” sürətli nəqliyyat gəmisini keçiblər. Nəşrin mənbələrinin bildirdiklərinə görə, üç İran qayığı Sirokkoya yaxınlaşarkən gəmilər Fars körfəzində beynəlxalq sularda olub. Onlar yalnız Sirokko xəbərdarlıq siqnalı verdikdən sonra kursdan çıxıblar. İran qayıqları da "Choctaw County"nin 46 mil məsafəyə qədər yaxınlaşıb, bu da Sirocco heyətini siqnal xəbərdarlığından istifadə etməyə məcbur edib. Hadisə bir saata yaxın davam edib.
Xüsusilə Yaxın Şərq, Cənubi və Mərkəzi Asiyanı əhatə edən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi, polkovnik Cozef Buçino: "İran hərbçilərinin hərəkətləri dənizdə peşəkar və təhlükəsiz davranışın beynəlxalq standartlarına uyğun gəlmir. Bu da öz növbəsində səhv hesablamalar, yalnış qərarlar verməyə səbə ola bilər və bu həm də toqquşma riskini artırır”, - deyə qeyd edib.
Polkovnik: "Regionda olan "CENTCOM" qüvvələri ərazidə sabitliyi qorumağa davam edir, beynəlxalq hüququn icazə verdiyi yerlərdə, məsuliyyət daşıdıqları ərazilərdə uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcək", - deyib.
Keçən il üç İran qayığı eyni şəkildə Fars körfəzində beynəlxalq sularda patrulluq edən iki Amerika gəmisinə 62 metr məsafəyə qərər yaxınlaşaraq ABŞ ordusunu bir neçə xəbərdarlıq atəşi açmağa məcbur etmişdi.
Tarix: 21-06-2022, 09:34
Xəbəri paylaş





Xəbər lenti