Partizanlar ruslara imkan vermir: Kreml üçün ciddi maneə


Ukrayna partizanları rusların işğal olunmuş ərazilərdə möhkəmlənməsinə imkan vermir. Ukraynalılar hətta işğal olunmuş ərazilərdə belə Rusiya hərbçiləri ilə mübarizəni davam etdirirlər.

Siam.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, işğal olunmuş ərazilərdəki partizanlar Kreml hakimiyyətinin Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsini açıq şəkildə dəstəkləməsinə mane olur.

Bildirilir ki, Luqansk vilayətinin Starobelsk şəhərində sakinləri kollektiv təsərrüfatlarda iştirak etməyə məcbur edir, onlara zorla Rusiya vətəndaşlığı verirlər.

İnstitut ekspertlərinin fikrincə, ukraynalı partizanların fəaliyyəti Rusiyanın Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində pasport paylamasına mane ola bilər.Axar.az
Tarix: 21-06-2022, 14:31
Xəbəri paylaş





Xəbər lenti