ABŞ-dan Rusiyaya “yerində otur” mesajı: “Litvaya hücum hamımıza hücumdur”


 
Şimali Atlantika Alyansı (NATO) Rusiyanın Litvaya hücum edəcəyi təqdirdə öz müttəfiqinin müdafiəsinə qalxacaq. ABŞ NATO üzvü olan bütün ölkələrə hər cür hərbi dəstək verməyə hazırdı”.
 
Ovqat.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin spikeri Ned Prays keçirdiyi mətbuat konfransında deyib.
 
Sözçü Rusiyanın təcavüzünə NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq cavab veriləcəyini açıqlayıb.
 
NATO Nizamnaməsinin 5-ci maddəsinə əsasən, birinə hücumun hamıya hücum demək olacağına dair öhdəliyimiz sarsılmazdır”, - deyə Prays bildirib.
 
Dövlət Departamentinin sözçüsü əlavə edib ki, Birləşmiş Ştatlar Litva və digər dövlətlərin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi “görünməmiş iqtisadi tədbirləri” alqışlayır.


 
Qeyd edək ki, Litva iyunun 18-də Rusiyanın Avropa İttifaqının sanksiya qərarlarını əsas gətirərək bəzi malların Kalininqrad vilayətinə tranzitini dayandırmışdı. Rusiya XİN bu qərara kəskin etirazını bildirən nota ilə cavab vermişdi. Etiraz notasında bildirilirdi ki, bu qərar Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında Kalininqrad vilayətinə yüklərin daşınmasına dair 2002-ci il müqaviləsinə ziddir və düşmənçilik niyyəti güdür. 
 
Rusiya tərəfinə məlumat vermədən dəmir yolu ilə Litva ərazisindən Kalininqrad vilayətinə müxtəlif malların daşınmasına məhdudiyyətlər dərhal aradan qaldırılmalıdır. Kalininqradla Rusiyanın qalan hissəsi arasında yük daşımaları bərpa olunmazsa, Moskva öz milli maraqlarını qorumaq hüququnu özündə saxlayır”, - Rusiya XİN-in bəyanatında deyilirdi. 
 
Moskvanın bu açıq təhdidinə cavab verən ABŞ Dövlət Departamenti NATO Nizamnaməsinin 5-ci maddəsini xatırlatmaqla Kremli yerində oturmağa dəvət edib.



Tarix: 22-06-2022, 13:55
Xəbəri paylaş





Xəbər lenti