Müharibədə dönüş nöqtəsi: ABŞ raketi ilk atəşdə 40 rus əsgərini öldürdü!


80 km mənzilli raket müharibədə dönüş nöqtəsi oldi, rus işğalçılarının qərargahı xarabalığa çevrildi.
Sitat.info xəbər verir ki, ABŞ bu həftə də Ukraynaya yeni silahlar göndərəcəyini açıqlayacaq.
CNN İnternational xəbər verir ki, bu dəfə Qərb dövlətlərinin rus işğalçılarına qarşı silah yağdırdığı Ukraynaya raketdən müdafiə sistemi göndəriləcək. ABŞ bu həftə Ukraynaya uzun və orta mənzilli qabaqcıl raketdən müdafiə sistemi göndərəcəyini açıqlayacaq. ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan bu gün gün ərzində verdiyi açıqlama ilə CNN -in xəbərini təsdiqləyib. 
Rusiyanın Ukraynaya müdaxiləsinin müzakirə edildiyi G7 Sammitində iştirak edən ABŞ lideri Co Bayden də bu yaxınlarda qabaqcıl raket sistemlərinin göndərildiyini təsdiqləyib. Bu gün videokonfrans vasitəsilə G7 sammitinə qoşulan Ukrayna lideri Vladimir Zelenskinin silah siyahısında əlavə sursat və radar tələbləri var.
Avropalı bir məmur bildirib ki, Zelenski sammitdə zenit müdafiə sistemləri tələb edib. CNN həmçinin bildirib ki, Kiyev administrasiyası ABŞ-dan 150 kilometrlik NASAMS raketdən müdafiə sistemi tələb edib. Ukrayna ordusunun sözügedən raket sistemi üçün təlimə ehtiyacı var.
 ABŞ raketi ilk atəşdə 40 rus əsgərini öldürüb
ABŞ-ın may ayında Ukraynaya göndərdiyi HIMARS raket sistemləri ilk dəfə Donbasda Rusiya ordusuna qarşı atılıb. Ukrayna ordusu rus əsgərlərinin bazaya çevirdiyi İzyum yaxınlığındakı məktəbi HIMARS raketləri ilə vurub.
Hücumdan sonra ortaya çıxan görüntülərdə üzərində işğalın simvolu olan Z hərfləri olan zirehli texnika və yük maşınlarının dağıdıldığı, binanın xarabalığa çevrildiyi görünür. 
Ukrayna ordusu HIMARS ilə ilk hücumda ən azı 40 rus əsgərinin həlak olduğunu bildirir. Ruslar ABŞ raketləri ilə hücuma məruz qaldıqlarını etiraf ediblər.
Tarix: 27-06-2022, 16:59
Xəbəri paylaş





Xəbər lenti