"Rusiya təcavüzünə qarşı misli görünməmiş dəstəyə görə Ukrayna Polşaya minnətdardır"


Stepan Bandera kim olub - azadlıq mübarizi, yoxsa?..
"Stepan Bandera ukraynalılar üçün azadlıq uğrunda mübarizdir"
 
Banderanın polyakların və yəhudilərin qətlində əli olubmu?..
 
Ukraynanın Almaniyadakı səfiri yeni qalmaqalın mərkəzindədir, bu dəfə polyaklar və yəhudilərə görə...
 
Ukraynanın Almaniyadakı səfiri Andrey Melnikin ətrafında yeni qalmaqal yaranıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın müxalif "Politika stranı" ("Ölkənin siyasəti") nəşri yazıb.
 
Məlumatda deyilir ki, səfir Almaniya ilə deyil, Polşa ilə münasibətləri korlayıb.
 
Belə ki, alman blogeri və jurnalisti Tilo Yunqa müsahibəsində Melnik Stepan Banderanı "azadlıq mübarizi" kimi səciyyələndirib, bununla da Varşavanın qəzəbinə səbəb olub.
 
"Mən onun məzarını ziyarət etmişəm, çünki o, ukraynalılar üçün azadlıq uğrunda mübariz kimi çox dəyərlidir. Azadlıq mübarizi heç bir qanunlara tabe deyil. Robin Qud da bizim hamımız tərəfindən şərəfləndirilir, o da qanunlara uyğun hərəkət etməyib", - Melnik deyib.
 
Jurnalistin benderlərin polyakların kütləvi qətlində əli olması barədə fikirlərinə səfir belə cavab verib:
 
"Bu, müharibədir...Siz bunu siyasiləşdirmək istəyirsiniz?"
Həmsöhbətinin bütün dünyanın benderlərin yüz minlərlə yəhudilərin qətlində əli olduğunun bəlli olması ilə bağlı etirazına cavab olaraq Melnik deyib ki, bu, həqiqəti əks etdirmir və bunun "heç bir sübutları yoxdur".
 
"Bu, rusların bu gün də yeritmək istədiyi və Almaniyada, Polşada dəstək verilən uydurma fikridir", - səfir bəyan edib.
 
Bu sözlərdən sonra, nəşrin məlumatına görə, Polşa Melniki tarixi saxtalaşdırmaqda suçlayıb.
 
Ukrayna xarici işlər nazirliyi bəyan edib ki, Ukrayna səfirinin alman jurnalistinə dediyi sözlər onun şəxsi fikridir və XİN-in mövqeyini əks etdirmir.
 
"Ukrayna Polşaya Rusiya təcavüzü ilə mübarizədə misli görünməmiş dəstəyə görə minnətdardır. Bizi bir-birimizdən heç nə ayırmır, çünki həm Kiyevdə, həm də Varşavada mövcud təhlükələr qarşısında birliyimizi qoruyub saxlamağımızın zəruriliyi barədə tam anlaşma vardır", - bunu xarici siyasət idarəsinin nümayəndəsi Oleq Nikolenko qeyd edib.
 
Qeyd edək ki, Stepan Banderanın şəxsiyyəti barədə fikirlər son dərəcə ziddiyyətlidir.
 
2010-cu ildə Ukraynanın o zamankı prezidenti Viktor Yuşşenko Banderaya Ukrayna qəhrəmanı adı verib.
 
Bu zaman ölkənin cənub-qərb hissəsinin, habelə Polşa, Belarus və Rusiya sakinləri Banderaya əsasən neqativ münasubət sərgiləyərək, onu radikal millətçilikdə, terrorçuluqda və kollaborasionizmdə ittiham edib.
 
Ukrayna millətçilərinin ikinci dünya savaşında yəhudi talanlarına münasibəti hələ də mübahisəli olaraq qalmaqdadır. Bu məsələdə tədqiqatçıların fikirləri əsaslı surətdə fərqlənir.
 
Məsələn, Xolokostun və antisemitizm tarixinin araşdırmaçı tarixçisi Qjeqoj Rossolinski-Lube yazır ki, 22 iyun 1941-ci ildən sonra Banderanın yəhidilərə qarşı zorakılıq tətbiq edilməsilə bağlı hər hansı əmrlər verməsi və Ukrayna ərazisində yəhudi talanları barədə nə dərəcədə məlumatlı olması bəlli deyil.
 
Buna baxmayaraq, tarixçi hesab edir ki, Bandera 1941-ci ilin yayında etnik zorakılığa görə mənəvi, etnik, siyasi və, ehtimal ki, hüquqi məsuliyyət daşıyır, çünki onun ideologiyası dövlətin siyasi və etnik "düşmənlərinin" aradan götürülməsini nəzərdə tutub.
Tarix: 1-07-2022, 23:28
Xəbəri paylaş





Xəbər lenti