İranda zəlzələ olub, ölənlər var


Zəlzələ ocağı 10 km dərinlikdə olub
İranın cənubunda 6 maqnitudalı zəlzələ baş verib. AYNA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.
Hadisə nəticəsində 5 nəfər həlak olub, daha 44 nəfər xəsarət alıb.
Bundan əvvəl Hörmüzgan ostanının Fövqəladə Hallar Departamentinin rəhbəri Mehrdad Həsənzadə dövlət televiziyasına 3 nəfərin öldüyü və 8 nəfərin yaralandığı barədə məlumat verib.
Tarix: 2-07-2022, 09:52
Xəbəri paylaş





Xəbər lenti