Prezident güllələnən icra başçısını vəzifədən çıxardı

 

Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

.Sərəncamla Elmar Rüstəm oğlu Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Siam.az xəbər verir ki, 3 İyul 20.30 radələrində Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısında Elmar Vəliyevə tapançadan atəş açılıb. Hadisə nəticəsində İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazovun xəsarət alıb.E.Vəliyev hazırda xarici ölkədə müalicə alır.


Tarix: 28-08-2018, 15:40
Xəbəri paylaş





Xəbər lenti