Ermənistan XİN: Yerevan Azərbaycanın KTMT-yə daxil olmasının qarşısını alacaq


Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyü məsələsinə baxılarsa Ermənistan öz veto hüququndan istifadə edəcək. Bu barədə Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan avqustun 28-də Yerevanda jurnalistlərə bildirib. O, Azərbaycanın KTMT və AİB-də iştirakının mümkünlüyü barədə sualı belə şərh edib.

“Həqiqətən analitik dairələrdə belə müzakirələr gedir, lakin bu müzakirələr ehtimallara əsaslanır. Ermənistan XİN-in rəsmi mövqeyi belədir: Azərbaycanın KTMT və AİB-də üzvlüyü məsələsinə baxılarsa Ermənistan öz veto hüququndan istifadə edəcək”, – A.Naqdalyan bildirib.

Onun sözlərinə görə, KTMT və AİB-də qərarlar konsensus ilə qəbul olunur. “Biz bu məsələyə dair mövqeyimizi bəyan etmişik. Ermənistanın xarici işlər naziri Mnatsakanyan ölkənin mövqeyini aydın açıqlayıb”, – o deyib.

Qeyd edək ki, bundan öncə Azərbaycan Milli Məclisinin parlament komissiyalarından birinin rəhbəri və Rusiya ilə parlament dostluq qrupunun sədri Əli Hüseynli Azərbaycanın ən azı müşahidəçi qismində KTMT-də iştirakının sərfəli olduğunu bildirmişdi. (contact.az)

Tarix: 28-08-2018, 21:46
Xəbəri paylaş





Xəbər lenti