“Onları anmaq və xatirələrini əbədiləşdirmək boynumuzun borcudur”







Təxminən iki həftədən sonra Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni-bolşevik işğalndan azad edilməsinin 100-cü ildönümü tamam olacaq. Bu mühüm tarixi hadisənin ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi nə dərəcədə vacibdir?

Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu Bakının işğaldan azad olunması tarxinin dövlət səviyyəsində qeyd edilməsinin vacibliyini vurğulayıb:

“Bu tarixi gün yüksək səviyyədə qeyd olunmalıdır. Qafqaz İslam Ordusu Bakını Azərbaycan üçün paytaxt etdi.  Bakı türk şəhəri oldu. Bu tarix dövlət səviyyəsində qeyd edilməlidir. Cümhuriyyətimizlə bağlı görülən ən böyük işlərdən biri Bakının işğaldan azad edilməsidir. Amma illərlə 20 sentyabrı,  “26-lar”ın gülləbaran edilməsini qeyd edən, buna matəm tutan, poema yazan və s. şəxslərin övlad və nəvələri çətin ki,  15 sentyabr tarixinin fərqində olsunlar. 
Biz hər il 15 sentyabrı qeyd edirik. Allah qismət etdi, inşallah bu tarixi günün 100 illiyini də qeyd edəcəyik. 
100 il bundan öncə Bakını bizə bəxş edənlərin ruhları şad olsun. Allah onlara qəni-qəni rəhmət etsin. Bizim müqəddəs borcumuzdur ki, bu günü qeyd edək.  Bu yolda şəhid olanları anaq. Onların ruhuna dua oxuyaq, abidələrini ucaldaq. Bu istiqamətdə işlər görək. 
Şəhidlər Xiyabanında Türk Şəhidliyi var. Amma bundan da irəli getməli, onların adlarını əbədiləşdirmək üçün onların sərkərdəsinin də Bakıda heykəli ucaldılmalıdır. Onlar buna layiqdirlər və bizim də boynumuzun borcudur ki, bunu edək. Mən öncədən bu gün münasibəti ilə xalqımızı təbrik edirəm.  
Biz sentyabrın 8-də bununla bağlı Ali Məclisin toplantısını keçirəcəyik. Bu iclas Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunacaq. Biz hər il Türk Şəhidliyini və Qədir Əfəndinin məzarını ziyarət eləmişik. Bu il də edəcəyik. Təbii ki, bu məsələdə sadəcə ziyarətlərlə yekunlaşmamalıdır. Bu tarixi günün dövlət səviyyəsində qeyd edilməsi vacibdir. Çünki bu gün tariximizə qızıl hərflərlə yazılıb”.

Seymur ƏLİYEV
Tarix: 29-08-2018, 07:15
Xəbəri paylaş





Xəbər lenti