Göygölün icra başçısı dəyişdirilir - 12 ildir eyni görəvdədir


    
Göygölün icra başçısı dəyişdirilir - 12 ildir eyni görəvdədir
Göygöl rayon icra hakimiyyətinin başçısı vəzifəsindən alınır. Bu barədə DİA.AZ-a məlumatlı mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq dia.az-a açıqlamasında bildirib ki, qərar bu gün də elan oluna bilər.

Qeyd edək ki, hazırda Göygöl rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutan Arif Seyidov bu vəzifəyə 2006-cı ildə təyin olunub və o, vəzifəsində ən uzun müdətə qalan icra başçılarından hesab olunur.
Tarix: 30-08-2018, 21:33
Xəbəri paylaş





Xəbər lenti