Paşinyan Putinlə Azərbaycanın KTMT-yə daxil olmasını müzakirə edəcək


Sentyabrın əvvəllərində Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır. Virtualaz.org xəbər verir ki, “168 jam” erməni nəşrinin məlumatına görə, görüşün əsas mövzularından biri Azərbaycanın KTMT-yə daxil olması olacaq.

“Həmin mənbələrin məlumatına əsasən, Nikol Paşinyanı kifayət qədər sərt gündəlik gözləyir – Robert Köçəryan barəsində cinayət işi, Ermənistan hökumətinin müxtəlif nümayəndələri tərəfindən KTMT-nin gözdən salınması və s.

Lakin ən nəzərə çarpan odur ki, Azərbaycanın KTMT-yə hələlik müşahidəçi qismində daxil olması ilə bağlı söhbət olacaq”, - qəzet yazır.

Xatırladaq ki, daha öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi və tərəfdaş statuslu nümayəndəlik institutu yaradılıb. Eyni zamanda, ekspertlər arasında Azərbaycanın KTMT-yə müşahidəçi qismində, yaxud tam hüquqlu üzv kimi daxil olması məsələsi aktuallaşıb.

Tarix: 1-09-2018, 22:36
Xəbəri paylaş





Xəbər lenti