Erməni mətbuatı Azərbaycanın KTMT üzvlüyü ehtimalı ilə bağlı niyə hay-küy salıb?


“Ermənistan veto hüququndan istifadə edib Azərbaycanın KTMT-yə ehtimal olunan üzvlüyünü əngəlləməlidir”.

Musavat.com xəbər verir ki, bu fikri erməni mətbuatında politoloq Gevork Məlikyan səsləndirib.

Politoloqun fikrincə, rəsmi İrəvan veto məsələsində ardıcıl xətt yürütməlidir. “Veto olduqca mühüm vasitədir. Lakin buna qədər gəlmək üçün məsələnin Azərbaycan və Rusiya tərəfindən hər hansı manevr olub-olmadığını, və ya həqiqiliyini bilmək lazımdır. Mənim bildiyim qədər Azərbaycanın özündə KTMT-yə üzvlük məsələsi ciddi mübahisələr yaradıb. Fikrimcə, bu ya əhalinin əhval-ruhiyyəsini öyrənmək üçün ortaya atılıb, ya da bir növ Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik yaratmaq üçün irəli sürülən variantlardan biridir”,- Gevorkyan deyib.

Gevork Məlikyan

Məlikyan KTMT baş katibi Yuri Xaçaturovun əvəz edilməsi məsələsinə də toxunub. “Bununla bağlı müəyyən edilmiş qayda var və KTMT-nin həmin qaydaya necə əməl edəcəyinə baxmaq lazımdır. Bu isə təşkilat üçün əsl sınağa çevrilə bilər. Ermənistan Xaçaturov məsələsinin kapriz olmadığını göstərməli və rotasiya üzrə vəzifənin onda qalmalı olduğunu izah etməlidir...”.

Digər erməni siyasi ekspert , “Qlobalizasiya və regional əməkdaşlıq mərkəzi” ictimai təşkilatının sədri Stepan Qriqoryan da Ermənistan XİN-in Azərbaycanın KTMT-yə üzvlüyünün reallığa çevriləcəyi təqdirdə veto hüququndan istifadə edə biləcəyi barədə bəyanatını doğru hesab edib.

“Bu olduqca düzgün addımdır. Ermənistan əvvəlcədən xəbərdarlıq edir ki, sabah qarşısına hansısa sürpriz çıxmasın. İkincisi də biz hadisələrin inkişafını diqqətlə izləməliyik”, - Qriqoryan deyib.

Stepan Qriqoryan

Bununla bərabər erməni politoloq Azərbaycanın Rusiya ilə birlikdə vahid təhlükəsizlik sisteminə qoşulmaq istəyinə şübhə ilə yanaşıb. O, Bakının bu cür qeyri-rəsmi bəyanatlarla Qarabağ məsələsində Rusiyanı özünə tərəf çəkmək istədiyini iddia edib.


Tarix: 3-09-2018, 16:24
Xəbəri paylaş





Xəbər lenti