“New Yorker”: “Ağ Ev Rusiya işi ilə bağlı son məruzənin açıqlanmasını əngəlləyə bilər”


“Ağ Ev xüsusi prokuror Robert Müller tərəfindən aparılan, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinin araşdırılması ilə bağlı son məruzənin yayımlanmasına əngəl törətmək hüququnu özündə saxlayır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani “New Yorker” jurnalına verdiyi açıqlamada deyib.

Jurnalda yazıldığına görə, prezidentin özünün Robert Müllerə ifadə verməsi problemi həll olunsa belə, R.Culianinin istintaqa təzyiqləri bununla bitməyəcək.

Belə ki, prokuror Robert Müller təhqiqatı sonladırdıqdan sonra onu ABŞ baş prokurorunun müavini Rod Rozenştaynla birlikdə baş prokurora verməlidir. Rozenştayn isə nəticəni məruzə formasında Konqresə təqdim edə bilər. Bundan başqa, baş prokurorluğun həmin sənədi ictimaiyyətə açıqlamaq hüququ da var.

Rudolf Culiani isə Donald Trampın hüquq komandası və Robert Müller arasında əldə olunan razılaşmanın kiçik bir aspektini açıqlayıb. Buna görə Ağ Ev həmin məruzə ilə əlaqədar informasiyaların prezidentin preroqativlərinə toxunduğu halda məxfiliyini saxlamaq hüququnu özündə saxlayıb.

“Bunu edəcəyimizə əminəm”,- Culiani məruzənin ictimaiyyətə açqlanmasına mane olacaqları ətrafında heç bir şübhə yeri buraxmayıb.

Rudolf Culianinin sözlərinə görə, artıq müdafiə tərəfindən 45 səhifəlik əks-məruzə hazırdır və o, Müllerin təhqiqatı bitirdiyi və məruzəni təqdim etdiyi eyni vaxtda yayımlanacaq.


Tarix: 4-09-2018, 23:09
Xəbəri paylaş





Xəbər lenti