Erməni politoloqları Paşinyanın Moskva səfəri öncəsi Rusiyanı “ağıllı olmağa” çağırdılar


Ruben Mehrabyan: "Ermənistanın başı Rusiyanın oturacaq kimi istifadə edəcəyi yer deyil”

Xəbər verildiyi kimi, bu ayın 8-də Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri baş tutacaq. Burada erməni lider Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək.

Son aylarda iki ölkə arasında yaranan gərginliyin gedişində görüşün nəticələrini nə olacağı indidən edilir. Burada Köçəryan məsələsi ayrıca müzakirə mövzusuna çevrilib.

Musavat.com erməni mətbuatına istinadən Paşinyanın Rusiya səfəri ilə bağlı düşmən ölkənin politoloqlarının rəylərini təqdim edir.

“Modus Vivendi Mərkəzi”ni rəhbəri Ara Papyan Rusiyanın Ermənistanın daxili siyasi məsələlərini müzakirə etmək ixtiyarının olmadığını söyləyir. “Bu 10 və ya 20 il bundan öncə həll edilmiş suverenlik məsələsidir. Ümumiyyətlə, mən Rusiyanın müdaxilə etməkdə hansı məqsəd daşıdığını, Moskvada həqiqətən Ermənistanda onlar üçün arzuolunmaz hadisələrin baş verdiyi düşüncəsinin hakim olmasını anlamıram”,- Papyan qeyd edib.

ÐаÑÑинки по запÑоÑÑ ara papyan

Ara Papyan

Papyanın sözlərinə görə, Köçəryanın Lavrov tərəfindən müdafiəsi təhlükə doğurmasa da qəbuledilməzdir: “İki ölkə arasında zatən problemli keçən münasibətlərə daha ziyan vurulacağını bilərək Ermənistanın özündə cəmiyyətin 70-80%-i tərəfindən rədd edilən bu adamı müdafiə etmək nəyə lazımdır, anlamıram. Burda konkret olaraq Köçəryanın şəxsiyyəti önəm daşımır. Ruslar sadəcə olaraq hansısa sirlərin ortaya çıxacağından qorxurlar”.

Ara Papyan Rusiya-Ermənistan münasibətlərində problemin Kremlin özü tərəfindən yaradıldığını düşünür: “Mən yeni hakimiyyətin Rusiya ilə hər hansı məsələsinin olduğunu düşünmürəm. lakin Kreml nədənsə yeni iqtidarı qəbul etmək istəmir. Korrupsiya ilə mübarizəni Rusiya özünə qarşı aparılan savaş kimi anlayır...  Rusiyanın hərbi bazalarıı Ermənistanda yerləşdirilməkdə davam edir, sərhədlərimzi rus hərbçiləri qoruyur, biz NATO-nun təlimlərində iştirak etmirik. Başqa sözlə, Kreml əleyhinə heç bir iş aparılmadığı halda onlar həmişə nəsə səbəb tapmağa çalışırlar...".

Ekspert Ruben Mehrabyan isə qarşdakı görüşdə bir neçə məsələnin Kreml qarşısında qaldırılmasının vacib olduğunu deyir:

ÐаÑÑинки по запÑоÑÑ ruben mehrabyan

Ruben Mehrabyan

“Birmənalı olaraq Rusiyanın yeni reallqlara adaptasiya olmağa inandırmaq laımdır. Ruslar bilməlidirlər ki, Rusiya-Ermənistan münasibətləri şaquli deyil, üfüqi istiqamətdə cərəyan edəcək. Rusiya Ermənistanın xarici aləmlə əlaqələrini öz inhisarı altına ala bilməz. Moskvanın bizim üçün yeganə və dəyişməz olması mümkün deyil. Ermənistanın başı Rusiyanın oturacaq kimi istifadə edəcəyi yer deyil”.

Mehrabyanın sözlərinə görə, Rusiyanı başa salmaq lazımdır ki, əgər onlar adaptasiya olunmasalar, çox şey itərəcəklər.

Musavat.com

Tarix: 6-09-2018, 15:04
Xəbəri paylaş





Xəbər lenti