Avropa Şurası yenə qarşıdurma yolunu seçir - “Maqnitski aktı” gündəmdə


 

Fərəc Quliyev: “Bu, gələcəkdə də münasibətlərin pozulmasına səbəb olmayacaq”

Novella Cəfəroğlu: “Azərbaycanla Avropa Şurası anlaşacaqlar”

Avropa Şurası Parlament Assambleyası Hüquq Komissiyası AŞ ölkələrini “Maqnitski aktı”nın analoqunu qəbul etməyə çağırır. Komissiyanın bəyanatı sentyabrın 10-da dərc edilib. Komissiyanın qətnaməsinin layihəsi insan hüquqlarının kobud pozulmasına şəxsən cavabdeh olan şəxslərə viza verilməsinə qadağa qoyulmasını və bank hesablarının dondurulmasını nəzərdə tutur.

Bu cür aktlar “cəzasızlığa qarşı mübarizədə yaxşı alətdir”,- britaniyalı deputat Donald Anderson bildirib. Onun hesabatı layihənin əsasını təşkil edib. Onun sözlərinə görə, belə normaların olması “potensial insan haqları pozucularına qabaqlayıcı təsir göstərəcək. Belə ki, onlar öz ölkələrində özlərini məsuliyyətdən qorunmuş hiss edirlər, ancaq öz əməllərinin bəhrəsini xaricdə dadmaq istəyirlər”.

Layihənin müzakirəsi 2019-cu ilin yanvarında Strasburqda AŞ PA-nın qış sessiyasında olacaq.

“Maqnitski siyahısı” 2012-ci ildə Vaşinqtonda hazırlanıb. Akt Hermitage Capitalın hüquqşünası Sergey Maqnitskinin ölümündə əli olan şəxslərin çevrəsini müəyyən edib və rusiyalı bəzi məmurlara qarşı viza və maliyyə sanksiyalarını tətbiq edib. Vaşinqton məhkəmədən kənar çəkişmələr, işgəncələr və digər kobud insan haqları pozuntularına görə məsul olan şəxsləri qara siyahıya daxil edib.

Maqnitski qanunu və ya aktı (ingilis dilində Magnitsky Act) altı ölkədə qəbul edilib. İlk dəfə 2012-ci ildə ABŞ-da qəbul edilib. Sonra oxşar qanunlar Estoniya (2016-cı il), Kanada və Litva (2017-ci il), Latviyada (2018-ci il) təqdir edilib. 2017-ci ildə Böyük Britaniyada “Maqnitski qanunu”nun birinci hissəsi qəbul edilib. Bu, Londonun hesab etdiyi kimi, kobud insan hüquqları pozuntusunda əli olanların aktivlərinin dondurulmasına aiddir.

görə, həmin ölkədə daşınmaz əmlakın alındığı vəsaitin mənşəyinə dair sorğu Azərbaycandan olan yüksək vəzifəli məmurlara qarşı irəli sürülüb.

Yada salaq ki, AŞ PA-nın  Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsi bu ilin mayında Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qərar qəbul edib.

Qeyd edək ki, son aylarda Azərbaycan-AŞ münasibətləri xeyli dərəcədə müsbətə doğru dəyişib. Xüsusilə, REAL Partiyasının sədri İlqar Məmmədov başda olmaqla bir sıra siyasi məhbusların bu ilin martından başlayaraq azadlığa buraxılmaları əlaqələri getdikcə yaxşılaşdırır. Bu baxımdan “Maqnistki aktı” qış sessiyasında qəbul olunarsa, Azərbaycan-AŞ əlaqələrinin yenidən pisləşə biləcəyi ehtimal olunur.

ÐаÑÑинки по запÑоÑÑ FÉrÉc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, bu cür sənədlər hər zaman qəbul olunanda müxtəlif dairələr məsələləri öz arşınları ilə ölçürlər: “Bəziləri bunun münasibətlərdə bir son olduğunu, digərləri sanksiyalar tətbiq olunacağını bildirirlər. Amma bütün hallarda görünür ki, stabil bir münasibətlər sistemi mövcuddur. Əslində strateji olaraq hədəflənmiş məsələlərə doğru da addım-addım gedilir. Azərbaycan çalışır ki, Avropa Şurası və Avropa İttifaqı ölkələri ilə normal münasibətləri qorusun. Qarşı tərəf də artıq bu məsələlərə hörmətlə yanaşır, münasibətlərdə gərginlik yaratmaqdan vaz keçirlər, daha çox əməkdaşlığa üstünlük verməyə çalışırlar. Nəzərə almaq lazımdır ki, bu və ya digər qurumların verdiyi qərarlar tövsiyə xarakterlidir. Bir qərarla müstəqil dövləti onlar idarə etmirlər. Azərbaycan tərəfi ölkənin maraqlarına uyğun olan heç bir məsələdə geri çəkilməyib, qarşıdurmaya getməyib, çalışıb ki, tövsiyələrə əməl eləsin, qarşı tərəf də bundan razı qalsın. Amma hər zaman əsas olan ölkəmizin maraqları olub. Tövsiyə xarakterli bu sənədə də baxılacaq. Əgər Azərbaycanın maraqlarına zidd bir şey yoxdursa, təbii ki, Azərbaycan tərəfi bu məsələlərə əməl etməyə çalışacaq. Əksi olsa belə bu gələcəkdə də münasibətlərin pozulmasına səbəb olmayacaq”.

ÐаÑÑинки по запÑоÑÑ Novella CÉfÉroÄlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bu aktın təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də nəzərdə tutulduğunu qeyd etdi: “Çalışacağıq ki, yanvar ayına, yəni AŞ PA-nın qış sessiyasına qədər siyasi məhbuslar məsələsini həll edək. Hökumət də yəqin öz fikirlərini deyəcək. Açığı düşünürəm ki, qəbul olunsa belə, ”Maqnitski aktı" bizə o qədər də zərər vurmayacaq. Ölkəmizə qarşı nələrisə edəcəklərini də düşünmürəm. Bu məsələlərin gündəmdə olması normaldır. İlqar Məmmədovun azad edilməsindən sonra bir qrup siyasi məhbusun, jurnalistlərin, bloggerlərin də azadlığa buraxılması çox gözəl olardı. Bu olarsa, hesab edirəm ki, Azərbaycanla Avropa Şurası anlaşacaqlar, qarşı tərəf bizə güzəştə gedəcək".

Cavanşir ABBASLI

Tarix: 14-09-2018, 09:44
Xəbəri paylaş





Xəbər lenti