Azərbaycan uğrunda mübarizəyə NATO da qoşulur


Ekspertlər NATO baş katibi müavininin Bakı səfərini dəyərləndirdilər: “Azərbaycanın önəmi artdıqca...”

Nüfuzlu beynəlxalq təşkilatların təmsilçilərinin son vaxtlar Dağlıq Qarabağ məsələsi ilə bağlı verdikləri bəyanat və açıqlamalarda Azərbaycanın xeyrinə olan notların çəkisi ciddi şəkildə artıb. Məsələn ən son olaraq NATO baş katibinin müavini Rouz Hotemüllerin iki gün öncə Bakıya səfəri zamanı verdiyi açıqlamaları qeyd edə bilərik.

NATO rəsmisi bildirib ki, NATO qanunun aliliyi mövqeyindən çıxış edən alyansdır, biz ölkələrin ərazi bütövlüyü məsələsinə dair BMT-nin Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktını vacib hesab edirik:

“Biz həmçinin bütün münaqişələrin dinc yolla həllinin tərəfdarıyıq və Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində sülh yollarının axtarışı üzrə səylərini dəstəkləyirik”.

Dünyanın ən güclü hərbi-siyasi Alyansı sayılan NATO-nun yüksək çinli rəsmisinin son Bakı aşıqlaması ərazisinin 20%-i erməni işğal altında olan ölkəmiz üçün çox önəmlidir. Ərazi bütövlüyümüzə dəstək öz yerində, əslində bu mövqe Azərbaycanın müharibə haqqının da tanınması deməkdir. Eyni zamanda Bakıdan İrəvana verilən ciddi ismarışdır. İşğalçı tərəfi narahat edən həm də budur. Təsadüfi deyil ki, NATO baş katibi müavininin Bakı səfəri barədə yazan erməni mediası xanım Hotemüllerin bəyanatında Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı hissəni ixtisar edib.

NATO rəsmisinin Bakı səfəri və bu səfər çərçivəsində verilən yuxarıdakı açıqlama Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gəlişinə sayılı günlər qaldığı vaxta təsadüf eləməsi ilə də diqqət çəkir.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, NATO baş katibinin müavinin Bakıya səfərinin özü Azərbaycana önəm və dəstəyin göstəricidir. Buna Bakıda ərazi bütövlüyümüzə dəstək bəyanatını da əlavə etsək, Azərbaycanın aktivinə ikinci ciddi xal yazıldığını saymaq olar: “Azərbaycan böyük coğrafi və strateji əhəmiyyətə malik bir məkandır. Bu gün dünyanın geopolitik düzənini müəyyənləşdirən super güclər, öz plan və proqramlarında Azərbaycana xüsusi önəm verirlər. Azərbaycan yerləşdiyi məkan həm Avropa ilə, həm Rusiya ilə, həmdə ki, yaxın Şərqin söz sahiblərindən biri olan İrana çıxış imkanları yaradır. Azərbaycanın yerləşdiyi bu məkan bundan yana çox əhəmiyyətli və cəlb edəndir. NATO bildiyimiz kimi, müasir dünyada mövcud olan, üzv olduqları dövlətlərin hərbi siyasi təhlükəsizliyini qoruya biləcək ən etibarlı və ən güclü hərbi-siyasi təhlükəsizlik ittifaqıdır. Dünyada ən müasir, ən böyük silah-sursat təchizatına və maliyyə büdcəsinə sahib hərbi qurumdur. Münaqişəli ərazilərdə sülhü bərpa edir, işğalçıları, insanlığa zidd əməllərin sahiblərini zərərsizləşdrir, sülh naminə həyata keçirilən hərbi əməliyyatları dəstəkləyir, NATO çərçivəsində və ondan kənarda. NATO bu missyasında müəyyənləşdirdiyi proqram və digər yüksək əhəmiyyətli sənədlərində Azərbaycanın önəmini önə çəkir. İndi bu təşkilatın yüksək çinli təmsilçisinin Bakıda verdiyi bəyanat Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini bir daha təsdiqləmiş oldu. Eyni zamanda beynəlxalq hüququn Azərbaycana ərazi bütövlüyünün bərpası üçün istənilən an hüquq tanıdığını bir daha göstərdi. Bu gün NATO-nun Azərbaycana hərbi dəstəyinin verilməsi NATO üzvü olmamağımız səbəbindən elə də asan olmasa da, bu böyük təşkilatın siyasi dəstəyini almağımız ciddi məsələdir. Baş katibin müavinin bəyanatı siyasi dəstək sayıla bilər. Bu Azərbaycanın uğurudur”.

nato ile ilgili görsel sonucu

Politoloq Natiq Miri bildirdi ki, NATO rəsmisinin açıqlamasını siyasi baxımdan Azərbaycanın xeyirinə olan, Azərbaycanın haqlı olduğunu bir daha təsdiq eləyən bəyanat saymaq olar. Amma NATO siyasətində Dağlıq Qarabağ problemi hələlik prioritet sayılmır. Əvvəla, Azərbaycan NATO üzvü deyil. İkincisi, bütün bu cür səfərlərin və bəyanatların əsas məqsədi Azərbaycanı öz orbitlərində saxlamaqdır: “Unutmaq lazım deyil ki, Azərbaycan avroatlantik məkanın Cənubi Qafqazda ən strateji ölkəsidir. Çünki bu gün İran-ABŞ münaqişəsi kontekstində Azərbaycana yanaşanda Azərbaycan böyük müsəlman ölkəsi olan İranın bilavasitə sərhədində yerləşir. Bu, təbii ki, ABŞ və İsrail üçün çox böyük cəlbedici geosiyasi amildir. Nə qədər ki, ABŞ, İsrail-İran mübarizəsi gedir Azərbaycanın Qərb üçün, NATO üçün cəlbediciliyi, vacib ölkə olması amili qalacaq. Proses bu şəkildə getsə, Azərbaycanın əhəmiyyəti daha da artacaq. Azərbaycanın əhəmiyyəti artdıqca bir nömrəli məsələmiz olan Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın xeyirinə olan, xoşuna gələn bəyanatların da sayı artacaq. Bu bəyanatlarda əsl məqsəd Azərbaycanı öz tərəflərinə çəkməkdir. Məqsəd heç də qısa müddətdə Dağlıq Qarabağ məsələsini həll etmək deyil”.

Politoloq Natiq Miri “Yeni Müsavat”a bildirdi ki, NATO rəsmisinin açıqlamasını siyasi baxımdan Azərbaycanın xeyrinə olan, Azərbaycanın haqlı olduğunu bir daha təsdiq eləyən bəyanat saymaq olar. Amma NATO siyasətində Dağlıq Qarabağ problemi hələlik prioritet sayılmır: “Əvvəla, Azərbaycan NATO üzvü deyil. İkincisi, bütün bu cür səfərlərin və bəyanatların əsas məqsədi Azərbaycanı öz orbitlərində saxlamaqdır. Unutmaq lazım deyil ki, Azərbaycan avroatlantik məkanın Cənubi Qafqazda ən strateji ölkəsidir. Çünki bu gün İran-ABŞ münaqişəsi kontekstində Azərbaycana yanaşanda Azərbaycan böyük müsəlman ölkəsi olan İranın bilavasitə sərhədində yerləşir. Bu, təbii ki, ABŞ və İsrail üçün çox böyük cəlbedici geosiyasi amildir. Nə qədər ki, ABŞ, İsrail-İran mübarizəsi gedir Azərbaycanın Qərb üçün, NATO üçün cəlbediciliyi, vacib ölkə olması amili qalacaq. Proses bu şəkildə getsə, Azərbaycanın əhəmiyyəti daha da artacaq. Azərbaycanın əhəmiyyəti artdıqca bir nömrəli məsələmiz olan Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın xeyrinə olan bəyanatların da sayı artacaq”.

Politoloq hesab edir ki, Qərb, NATO, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirsə, ortada beynəlxalq hüquq amili var, beynəlxalq hüququn işə salınmasına nail olsunlar. Çox təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüququn tələbləri tətbiq olunmur. Halbuki, digər bir sıra münaqişələrə münasibətdə Qərb dərhal beynəlxalq hüququn tələblərini tətbiq edir: “Beləliklə də faktiki olaraq Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standart ortalığa qoyulur. ABŞ, NATO, Avropa İttifaqı, ATƏT, Rusiya Dağlıq Qarabağ məsələsində beynəlxalq hüququn tələblərinin tətbiqinin tərəfdarı olub bunu əməldə reallaşdırsaydılar, Dağlıq Qarabağ problemi çoxdan həll olunardı. Çox təəssüf ki, bu münaqişənin ədalətli həllini istəmirlər. Çünki bilirlər ki, ədalət Azərbaycanın tərəfindədir. Azərbaycan uğrunda Qərblə Rusiya və İran arasında mübarizə gedir”.

Etibar SEYİDAĞA

Tarix: 22-09-2018, 13:34
Xəbəri paylaş





Xəbər lenti