Paşinyanın sərsəm bəyanatları: “Eyforiya ilə gəldiyi kimi elə eyforiya ilə də hakimiyyətdən uzaqlaşdırılacaq” - RƏY

Paşinyanın sərsəm bəyanatları: “Eyforiya ilə gəldiyi kimi elə eyforiya ilə də hakimiyyətdən uzaqlaşdırılacaq” - RƏY


Ermənistanın baş naziri Nikol Paşinyan növbəti sərsəmələməsi ilə gündəmə gəlib. Bu dəfə Paşinyan Ermənistanın böyük hərbi gücə malik olduğunu bildirib. 

O deyib ki, Ermənistanın müharibələrdən qorxacağını düşünmək perspektivsizlikdir:

"Biz ölkəni qururuq, hansı ki, sülh demokratiyasına və humanizm prinsiplərinə inanır, ancaq bu, o demək deyil ki, biz özümüzü, ölkəmizi, gələcəyimizi müdafiə etməyə hazırlaşmırıq".

Hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında Paşinyanın bu  bəyanatlarının heç bir siyasi təcrübəsinin olmamasından qaynaqlandığını deyib:

 

“Azərbaycanda bununla bağlı yaxşı atalar sözləri var. Paşinyan da “Biz müharibədən qorxmuruq, belə edəcəyik” kimi sərsəm açıqlamalar verməkdənsə, yaxşı olardı ki, köməkçilərindən birinə son bir neçə ayda onun verdiyi açıqlamaların siyahısını tutmağı tapşırsın. Ağlı başında olanda oturub baxsın ki, nədir, nələr deyib. Taleyin ironiyasıdır ki, Paşinyan kimi təsadüfi olan adam baş nazir olub. Ermənistan bayram keçirdi, faktiki olaraq sabiq 3 prezident Paşinyanın dəvətini saya  salmadı. Onun apardığı yanlış siyasət bu gün Ermənistanı fəlakətlə üz-üzə qoyub. Ermənistan və Azərbaycan əhalisinin sayına baxın, Ermənistanın silahlarına nəzər yetirin, Azərbaycanın son illər əldə etdiyi silahların həm keyfiyyət, həm də sayına baxın. Paşinyan nəyə güvənir?” 

Ekspert xatırladıb ki, bu gün KTMT bəyanat yayıb:

“Guya Ermənistan- Azərbaycan sərhədində atışmalardan narahatdır. Bu özünü təcrübəli sayan siyasətçilər niyə Ermənistandan soruşmurlar ki, sənin Azərbaycanla problemin nədir? Niyə sən beynəlxalq hüquq və normalara əməl etmirsən ki, belə bir gərginlik yaranır? Paşinyan bu bəyanatları Moskvaya gedib-gələndən sonra baş verib. Yaxşı olardı ki, Paşinyan son vaxtlar Ermənistan ordusuna və mövqe itkilərinə nəzər salsın. Bizi müharibə ilə hədələyib kiməsə güvənirsə, buyursun, davam eləsin. Artıq 1990-cı illər deyil. 2018-ci il Azərbaycanı da həmin Azərbaycan deyil. Bu gün bizim silahlarımız düşmənlə təmasda olmadan bir çox məsələləri həll etmək iqtidarındadır. Sadəcə Azərbaycan rəhbərliyi hələlik ATƏT-in vicdanını itirmiş Minsk qrupunun səylərini və beynəlxalq qurumların bu məsələdə prinsipial mövqeyini gözləyir”. 

Üzeyir Cəfərov əlavə edib ki, Ermənistan indi daha çətin durumdadır: “

Onun ipi əvvəllər bütünlüklə Moskvanın əlində idi. İndi o ipin bir calağı da yaranıb ki, Ermənistan Qərbə tərəf meyllənib. 

Amma bunlar da nəticə verməyəcək. Paşinyan eyforiya ilə gəldiyi kimi elə eyforiya ilə də hakimiyyətdən uzaqlaşdırılacaq. Çünki onun buraxdığı kobud səhvlər özünə baha başa gələcək. Bu adam həm siyasətdə, həm də dünya praktikasında naşıdır. Sadəcə o, hələlik eksperimentləri davam etdirir ki, bu da özünün iflası ilə nəticələnəcək”. 


Tarix: 22-09-2018, 22:36
Xəbəri paylaş





Xəbər lenti