Nyu-Yorkda GUAM+Yaponiya formatında nazirlərin görüşü keçiriləcək


BMT Baş Assambleyasının sentyabrın 24-də Nyu-Yorkda keçiriləcək 73-cü sessiyası çərçivəsində GUAM ölkələrinin xarici işlər nazirləri+Yaponiya formatında görüş keçiriləcək. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə GUAM dövlətləri ilə Yaponiya arasında siyasi, iqtisadi əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 47-ci iclası keçirilib. (AzərTAc)

Tarix: 22-09-2018, 22:57
Xəbəri paylaş





Xəbər lenti