Paşinyan ABŞ-ı ruslara satdı, Tramp qəzəbləndi
ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən imtina edib

Trampın BMT Baş Assambleyası çərçivəsində görüşəcəyi liderlər siyahısına Paşinyanın adı salınmayıb.

Məlumata görə, Tramp Assambleya çərçivəsində 6 ölkənin – Fransa, Böyük Britanitya, İsrail, Misir, Yaponiya və Cənubi Koreya liderləri ilə görüşəcək. Həmçinin, BMT baş katibi Antonio Qutterreşlə də görüş planlaşdırılır.

Qeyd edək ki, ABŞ-dakı erməni lobbisi Paşinyanın Trampa görüşünü təşkil etmək üçün dəridən-qabıqdan çıxırdı. Lakin erməni baş nazirin Rusiya prezidenti Vladimir Putinlə görüşü və Ermənistandakı ABŞ laboratoriyalarının rusların üzünə açmaq istəyi Trampın qəzəbinə səbəb olub. (Publika.az)