Müharibəyə son qoyulacaq TARİX... - GÜNÜN SİYASİ XÜLASƏSİ


Müharibəyə son qoyulacaq TARİX, Ermənistan BİR ZƏRBƏ İLƏ... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku Yerevanın şəhər şurası seçkilərində qalib gəlib. Türkiyə Prezidenti BMT-ni sərt şəkildə tənqid edib. Türkiyə yaxın dövrdə Suriyada Fəratın şərqində əməliyyat keçirəcək. Endrü Branson oktyabrın 12-də keçiriləcək növbəti məhkəmə iclasının nəticəsinə görə azad edilə bilər. İranda islahatçı qanadın ən əhəmiyyətli liderlərindən biri, keçmiş prezident Məhəmməd Hatəmi ölkə rəhbərliyinə xəbərdarlıq edib. Rusiya “S-300” zenit-raket komplekslərini Suriya ordusuna çatdıracaq.

25-27 sentyabrda Bakı Expo Mərkəzində “ADEX-2018” sərgisi keçiriləcək. Sərgidə dünyanın müxtəlif ölkələrindən 200-ə qədər şirkət, həmçinin, onlarla ölkə öz hərbi məhsullarını nümayiş etdirəcək. Sərgidə İsrailin səsdən sürətli “Rampage” raketinin nümayişi xüsusi diqqət çəkir.

İsrail səsdən sürətli olan “Rampage” raketini yeni yaradıb. Bu raketlər İsrail ordusunun arsenalına gələn il daxil ediləcək. 150 kilometr məsafədəki hədəfi vura bilən raketin döyüş başlığının çəkisi 150 kiloqramdır.

“ADEX-2018” sərgisi hər bir ölkənin və şirkətin öz məhsullarını təqdim etdiyi platforma olsa da, İsrailin ən mühüm raketini Bakıya gətirməsi təsadüfə bənzəmir.




Ermənistanın baş naziri Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku Yerevanın şəhər şurası seçkilərində qalib gəlib. Ermənistanın Mərkəzi Seçki Komitəsinin məlumatına görə, “Mənim addımım”seçki bloku seçicilərin 81,06 faizinin səsini toplayıb. Rəsmi məlumatda bildirilir ki, 475 seçki məntəqəsinin hamısının bülletenlərinin hesablanmasına əsasən “Mənim addımım” 370,3 min seçicinin 294109 nəfərinin səsini toplayb.

Nəticələrə görə ikinci yerdə Qaqik Çarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” Partiyası qərarlaşıb. Partiya 6,95 faiz (25219 səs) toplayıb. Seçkilərdə qalib gəlmək uğrunda 12 partiya və blok mübarizə aparıb.

Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan Rusiyanın “Kommersant” qəzeti üçün Türkiyə-Rusiya əlaqələrinə dair bir məqalə qələmə alıb. Ərdoğan Rusiyanın, xüsusilə PKK, PYD, YPG kimi terror təşkilatlarına qarşı Türkiyənin mübarizəsinə dəstək verməsini gözlədiyini bildirib.

Ərdoğan Türkiyənin heç bir zaman sərhədlərində hər hansı bir terror təşkilatının olmasına icazə verməyəcəyini deyib.

“Türkiyə Afrin, Cerablus, El-Bab və İdlib bölgəsində bu qətiyyəti dəfələrlə göstərdi”, - o qeyd edib.

“Son dövrdə ABŞ-ın xüsusilə, PYD və YPG güclərinə verdiyi fövqəladə dəstəyin təəssüf ki, davam etdiyini görürük. Bölgədəki tarazlıqları və xalqlar arasındakı sülhü zədələyəcək bu cür addımlardan imtina olunmalıdır. Rusiyanın da, xüsusilə PKK, PYD və YPG kimi terror təşkilatlarına qarşı Türkiyənin mübarizəsinə dəstək verməsini gözləyirik”, - Türkiyə Prezidenti əlavə edib.

Dövlət başçısı qeyd edib ki, Suriyanın loyal müxalifəti siyasi həll prosesində qalmalıdır.

“Biz loyal müxalifətin terrorçu hesab edilərək aradan qaldırılması cəhdlərinə qarşı olduğumuzu bir neçə dəfə ifadə etmişik”, - Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyob Ərdoğan Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 73-cü sessiyası öncəsi Nyu-Yorkda etdiyi bir çıxışında BMT-ni sərt şəkildə tənqid edib. Ərdoğan bu qurumların müəyyən qüvvələrin maraqlarını qorumaq üçün xidmət etdiyini bildirib.

“İsrail və ABŞ rəhbərliyinin Qüdsün şərəf və ləyaqətini ayaqlar altına qalan təcavüzünə qarşı mübarizəmizi diplomatiyada ən yüksək səviyyədə aparacağıq”, - o deyib.

Arakan, Suriya və Fələstində yaşananlara diqqət çəkən Türkiyə Prezidenti beynəlxalq sülh və təhlükəsizliyin qarantı olan BMT-nin Təhlikəsizlik Şurası kimi qurumların bun problemlərin həllində acizlik nümayiş etdirdiyini vuğulayıb.

“Bu təşkilatların öz missiyasına uyğun olaraq qlobal sülhdən daha çox, müəyyən qüvvələrin maraqlarını qorumağa xidmət etdiyini bilirik”, - Ərdoğan əlavə edib.


Türkiyə yaxın dövrdə Suriyada Fəratın şərqində əməliyyat keçirəcək. Bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da TÜRKEN Vəqfinin ənənəvi qala yeməyində bildirib.




Türkiyədə ev həbsi altında olan amerikalı rahib Endrü Branson oktyabrın 12-də keçiriləcək növbəti məhkəmə iclasının nəticəsinə görə azad edilə bilər. Bu haqda türk rəsmilərinə istinadən “The Wall Street Journal” nəşri danışıb.

Onların sözlərinə görə, Donald Trampın administrasiyası Ankaraya təzyiqi göstərməyi və rahibin azad olunması üçün təkid etməyi dayandırarsa, belə ssenari mümkündür.

Qeyd edək ki, Branson Türkiyədə hələ 2016-cı ildə həbs edilib. O, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunur.

Rusiya “S-300” zenit-raket komplekslərini Suriya ordusuna çatdıracaq. Bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, bu, iki həftə ərzində olacaq.

“İki həftə ərzində Suriyanın Silahlı Qüvvələrinə “S-300” müasir zenith-raket kompleksi çatdırılacaq. Kompleks 250 kilometrdən çox uzaqlıqda hava hücumu vasitələrini ələ keçirməyə və eyni zamanda bir neçə hava hədəfini vurmağa qadirdir”, - Şoyqu vurğulayıb.

Şoyqu söyləyib ki, Rusiya Suriyada İsrailin hərəkətlərinə cavab verməyə məcburdur.

“İsrail ekipajları hava şərtlərini əla bilərək Rusiya təyyarəsinin arxasında gizləndilər və bu, təyyarənin vurulmasına və 15 hərbi qulluqçumuzun həlak olmaya gətirib çıxardı. Bu, bizi Rusiya hərbi qulluqçularının təhlükəsizliyinin yüksəldilməsinə xidmət edən adekvat cavab ölçülərini qəbul etməyə məcbur etdi”, - nazir əlavə edib.

Nazir qeyd edib ki, “S-300” kompleksləri Suriyanın döyüş imkanlarını əhəmiyyətli dərəcədə möhkəmləndirəcək.

Daha əvvəl mənbələrə istinadən “Kommersant” nəşri bildirib ki, Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsinin vurulmasına mümkün cavablardan biri Suriyaya “S-300” zenit komplekslərinin çatdırılması ola bilər.

İranda islahatçı qanadın ən əhəmiyyətli liderlərindən biri, keçmiş prezident Məhəmməd Hatəmi ölkə rəhbərliyinə xəbərdarlıq edib. Hatəmi İranda sisteminin özündə islahatlar aparılmalı olduğunu, əks təqdirdə, ölkənin ciddi problemlərlə qarşılaşacağını söyləyib.


Tarix: 24-09-2018, 20:46
Xəbəri paylaş





Xəbər lenti