Rəsulzadənin bayramların fəlsəfəsi barəsində maraqlı təhlili – MƏQALƏ








Moderator.az Məhəmməd Əmin Rəsulzadədən bəhs edən silsilə yazılarına davam edir.
Bu yazılar arasında ara-sıra Rəsulzadənin öz yazılarını, məqalə və araşdırmalarını təqdim edirik. Təbii ki, mətnin orijinalına toxunmadan…

Bu yazıda da dahi Rəsulzadənin analitik,  bədii və fəlsəfi təfəkkürünü əks etdirən bir məqaləni diqqətə çatdıracağıq:

"İnsanlar bayramlarına çoxdan mənusdurlar. İnsanları taifə, qövm, milliyyət, millət və ümmət kimi yaşatmaq və bu yaşayışı hər vasitə ve vəsilə ilə hərdən bir təyid və təhkim eləmək üçün təbiyyəti-bəşər bir çox maddi və mənəvi vəsilələrə müraciət eləmişdir. Onlardan birisi də bayramdır.

Bayramlar hərdən bir cəmiyyətlə yaşamaqda olan heyətləri birləşdirmək, aralarında üns və iltifatı artırmaq üçün bir vəsilədir. Bir millət və ya bir din əfradi bəşər olmaq heysiyyətilə və dünyada heç bir zaman qalmarnış olan mübarizeyi-həyat icabı — biri-birilərilə rəqib surətilə görüşüyor, təsadüf ediyorlar. Biri alır, o biri satır, biri çalışır, o biri çalışdırtdırır. Hər nə qədər yaxm və mənəvi rabitələrlə yekdigərinə mərbut olsa belə bir heyət əfradı yenə bu kimi mənafe ixtüafından tə-vəllüd edən xüsuslarda üz-üzə gəliyorlar. Cüzi də olsa toquşuyorlar. İştə bayramlar müvəqqətən bu toquşmalar üçün bir mütarikə təşkil ediyor. Bütün əsnaf və təbəqələr bu gün ali bir hissi — ümumiyyətlə ruhlanıb özlərinin bir vücud vahid olduqlarmı düşünmək məcburiyyətində qalıyoriar. Bu gün satiıq bir arşın çit üzərində çənə-boğaz döyən müşləri ilə satıci və yaxud ixtilaf aradan nəşət edən müxtəlif və mötəzad firqə adamları artıq kəndilərini iki rəqib və ya müxalif heyətindən deyü, bir hissi müştərəklə yaşayan və bir adət və əxlaqın pirüyəsi, demək ki bir vücudun ayrı-ayrı cüziləri olduqlarını dərk ediyorlar.

Əvət, bayramların milli həyatda bu kimi mühüm bir mövqeiəri vardır. Bayram hər bir insan heyətinin təbii olan daxili ixtilafatdan, mənafe və aradan hasil olan soyuqluqları qızışdırmaq və aynhalan bitişdirmək üçün bir vəsilədir, Pozulan şirazeyi-ittihadə bayramlar birər ya pışqandırlar, 
Bayramlar insanların ərı qədim yoldaşlarından ədd olunuyor. Müctəme bir surətdə yaşamaq və bir din və ayin üzrə ictima etmələri andan etibarən Adəm oğlu bayram saxlayaraq gəlmişdir.

Hələ qurban bayramı insaniyyətin bildiyi qədim bir bayramdı. Qurban kəsmək bəşəriyyətin ömrü qədər qədim olmasa da ondan bir az cavandır. Əvvəllərdə insanlar məbud'arına qarşs insan zəbh edər və bu surətlə ərzi-obudiyyat göstərmiş oluyorlardı. Fəqət həzrəti İbrahim əleyhissəlam səmirni bir surətdə xaiq əhədiyyəti hüzurunda obudiyyat göstərərək oğlu İsmayıiı qurbarı eləmək ictədikdə xudavəndi-təbarək və təali günahsız və məsum İsmayılın əvəzinə bir qoç göndərməklə piruan İbrahimi ondan sonra ancaq bir heyvan zəbtilə bayram saxlamağa hidayət etdi, 
İştə 1500 sənedən bəri, Ibrahim, İsmayil və Haccirin o sədaqət karanə və fədəkaranə hərəkətlərinin yadigarı olaraq müsəlmanlar hər II milyonlarca heyvan kəsməklə bu vəqəəni yad ediyorlar. Fəqət qurban kəsdikləri zaman etiqadi-diniyyə və amalı-mütiyyə yolunda İbrahim və İsmayıl qədər fədakarlıq və mətanət lazım gəldiyini əcəba heç düşünüyorlarmı? Heç dərk ediyorlarmı ki, İsmayılın bu qədər şöhrət və ehtiramı ancaq etiqadı və etiqadı yolunda canına belə "of demədiyindən" irəli gəlmişdir?!

Qurban, məlum olduğu üzrə ümumi bir müsəlman bayramıdır. Fəqət bu axırıncı iüərdə islam aləmini bürüyən ixtilalati daxiliyyə və xariciyyədən dolayı bu bayram çox nadirətlə parlaq, hüzuri-qəlb və vicdan ilə keçmişdir. Keçən illərdə musəlmanlar həzrəti Ismayil qurbanı zəbh edərkən dindaşlarından minlərcə bigünahların necə kəsildiklərini bir növ yaddan çıxara bilməmişlərdir. Yalnız keçəri sənə idi ki, bir az aləmi-islam rahat kimi olmuş, ələlümum müsəlmanlar bilxassə də Rusiya islamları bayramı istirahət qəlblə icra etmişlərdi.

Bu sənənin qurbanı yenə aləmin böyük bir qurbangah təşkil etdiyi vaxta təsadüf ediyor. Bu kərə islam aləmi deyil, Avropa məzbəh şəklini almışdır. Vaxtilə hüzuri-ileyhidə insan zəbh edən insanlar indi o qədim adəti Avropaca və qismən də amali-milliyyə təqibi və vətən müdafiəsi yolunda icra ediyorlar. Ümumi vətənimiz olan Rusiya dəxi bu xüsusda az qurbanlar vermiyor.

Keçən qurban bayramında bəlkə də qonşuluq etibarilə bizi təbrik edən bir çox qeyri-müslim vətəndaşlarımızi bu sənə görməyəcəyiz. Bunlar nərədədiriər?..

İştə meydani-herbə qurban getmişlər. Kim bilir orada nə kimi bir haldadırlar. Kim bilir ölmüşlər və yainki qalmışlardır. Halbuki, burada onların kiçik uşaqları, bivayə arvadları qalmış. Əlbəttə bunlara müavinət etmək karinsaniyyətdir. Bu müavinəti-mərhəmət və şəfqət naminə icra etmək müsəlmanlığa rəvadır.

Upravada yaralı əsgərlər və onların ailələri üçün ianə yığan komisyonun təşəbbüsü ilə qəzavatxanəyə yığışan mollalarımız qurban dərilərinin işdə bu zavallı müharibə qurbanlarına verməyi təhti-qərara almış və bu xüsusda qazı cənabları tərəfindən göndərilmiş dəvətnamə qəzetəmizə də basılmışdır.

Bizim milli məqsədlərimizdən biri idi ki, qurban dərilərini ümum xeyriyyə və milliyyəyə sərf olunmağı əhalimizə gərəkdir. Bu dəfə dərilərin böylə bir məqsədə sərf olunması lazım gəlmiş millətimiz naminə möhtaci-tərəhhüm və şəfqət olan hərb yaralılarına, vətən müdafiəsi qurbanlarına müavinət etməliyik. Həm də ediyoruz. Demək ki, buda yenə milli bir təşəbbüs şəklini alıyor.


Məhəmmədəmin Rəsulzadə
Tarix: 25-09-2018, 09:01
Xəbəri paylaş





Xəbər lenti