Trampdan Rusiya və İrana ittiham, Türkiyəyə təşəkkür:"Əsəd rejiminin qəssablığı bu iki ölkənin sayəsindədir"



ABŞ prezidenti Donald Tramp bu gün BMT-də İranla bağlı keçirilən müzakirədə Suriyadakı mövcud gərgin vəziyyətə görə İran və Rusiyanı ittiham edib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, Tramp İranla bağlı gedən müzakirədə əsasən Suriyadakı daxili savaşa diqqəti çəkib.

ABŞ prezidenti deyib ki, İran bu bölgədə və ondan kənarda terrorun qabaqcıl dəstəkçisidir: “İran bölgədə və ondan da kənarda terrorun ən qabaqcıl dəstəkçisidir. Suriya rejiminin qəssablığı da Rusya və İranın sayəsindədir”.

Tramp Rusiya və İranın dəstəklədiyi Əsəd rejiminin İdlibə hücumun qarşısının alınmasına görə isə Türkiyəyə təşəkkür edib.

Tarix: 26-09-2018, 20:45
Xəbəri paylaş





Xəbər lenti